Bakı Ali Neft Məktəbinin 2020-ci ildə Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsi- Abdullayev Hüseyn Yaşar oğlu (700 bal), Nuri Natiq Nahid oğlu (697 bal), Babayeva Fidan Natiq qızı (694 bal), Nəbili Oktay Sübhi oğlu (694 bal), Ağakişiyev Məhəmməd Rəsul oğlu (694 bal), Hüseynquliyev İlham Əlövsət oğlu (691 bal), Lalayev Fərid Cəmil oğlu (691 bal), Atakişiyev Əlosman Seymur oğlu (691 bal), Hüseynov Səbuhi Ramiq oğlu ( 691 bal), Orucova Balaqız Anar qızı (690 bal), Şahbazzadə Zərifə Şəhriyar qızı (690 bal), Qardaşəliyeva İlahə Şahgül qızı (689 bal), Məsimov İsmayıl Cahangir oğlu (688 bal), Yusifzadə Cəvahir Əfəndi qızı (688 bal), Rzalı Cəmilə Tərlan qızı (688 bal), İsmayılzadə Mirənvər Nail oğlu (686 bal), Tərişli Fidan Əfqan qızı ( 685 bal), Dadaşeva Aysel Etibar qızı (685 bal), Əmirova Aytac Rakif qızı (685 bal), Qadiyeva Günay Telman qızı (685 bal), Məmmədov Elvin Vəli oğlu (684 bal), Bayramlı Elçin Rövşən oğlu (683 bal) Prezident İlham Əliyevə müraciət ediblər:”Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir azərbaycanlı kimi bizim də qəlbimizdə böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi şərəfli tariximizin ən mühüm hadisəsidir. 44 gün davam edən müharibədə beynəlxalq səviyyədə bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” sözləriniz xalqımızın haqq, ədalət uğrunda savaşının simvolu olaraq milli birliyimizi, bütövlüyümüzü və həmrəyliyimizi daha da gücləndirdi. Ali Baş Komandan kimi Sizin yüksək idarəçiliyiniz və böyük sərkərdəlik məharətinizlə idarə olunan Silahlı Qüvvələrimiz doğma torpaqlar uğrunda böyük fədakarlıq, əzm və qəhrəmanlıq nümayiş etdirdilər. Siz bütün bu uğurlarınızla dünyada güclü, qüvvətli, yenilməz və mətin Azərbaycan obrazı yaratdınız.
...Biz Vətən Müharibəsinin davam etdiyi günlərdə Sizin imzaladığınız Sərəncamla Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclər olaraq Sizin intellektual əsgərlərinizik. Bu gün biz həm də qalib ölkənin vətəndaşı kimi işğal altında olan bütün torpaqlarımızın azadlığının şahidləriyik! Ancaq Sizin əmrinizlə bu şərəfli adı Müzəffər Ali Baş Komandanın sıravi əsgəri və şəhid adına dəyişdirməyə, Sizin intellektual əsgərləriniz olaraq bütün digər tapşırıqlarınızı da yerinə yetirməyə hazırıq!
Bütün sahələrdə qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!”
Baki-xeber.com