Qırğız parlamentinin keçmiş spikeri və deputatı Dastanbek Jumabekov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinə Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllinə verdiyi töhfələrə görə təşəkkür edib. Baki-xeber.com-un xəbərinə görə, bildirib ki, onlar vəziyyətin sabitləşməsinə və sülhün qorunmasına böyük töhfə verdilər:
“Azərbaycan xalqını tarixi vətəninə (torpağına) qayıtması münasibətilə təbrik edirəm. Tarixdə deyilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bəyannamələr əvvəllər qəbul edilmiş, lakin heç bir şey yerinə yetirilməmişdir" - deyən millət vəkili D.Cumabekov Rəcəb Tayyib Ərdoğanın türkdilli və müsəlman ölkələrindəki rolunu qeyd edərək, "O, Türkdilli və müsəlman ölkələrindən söz düşəndə həmişə ədalətli mövqeyini ifadə edir" - deyə bildirib.