Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Möhtəşəm Zəfər paradı - Azərbaycanı dünyaya təqdim edən yeni brend...

Image


Azərbaycan xalqı tarixən mərd, cəsarətli, mətin, mübariz, dostuna sonacan sədaqətli, düşməninə isə amansız olub, torpağına göz dikənin gözünü ovub. Xalqımız öz dövlətini, dövlətçiliyini, torpağını düşməndən müdafiə edib, şəhid olub, amma qisasını yağıda, kəmfürsət düşməndə qoymayıb.

Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi, siyasi iradəsi, güclü diplomatik məharəti nəticəsində Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, o heç zaman işğal faktı ilə barışmadı və öz torpaqlarını yağı düşmənin tapdağından azad etdi.

  • Zəfərin mübarək, Azərbaycan!

44 gün davam edən Qurtuluş savaşında - Vətən müharibəsində Azərbaycan Ordusu böyük hərbi güc, peşəkarlıq nümayiş etdirərək düşmənə həddini bildirdi, düşmənin dizini qırıb, gözünü kor etdi, işğalda olan torpaqlarımızı azad etdi. Bu gün Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz düşmənin işğalçı qüvvələrindən azad edildi. Bu ərazilərimizdə üçrəngli Azərbaycan bağrağı dalğalanır. Azərbaycançılığın əbədi məhəng daşı olan üçrəngli bayrağımız bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını öz ətrafında birləşdirir. Bu gün hamımız, bütün dünya azərbaycanlıları, qardaş Türkiyə başda olmaqla Türk dünyası, Azərbaycana dost olan ölkələr, sevincimizə şərik olan bütün dövlətlər “Zəfərin mübarək, Azərbaycan!” deyir.

Dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan  möhtəşəm parad keçirildi. Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Belə ki, Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə nümayiş olundu. Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

  • Azərbaycan dünyaya göstərdi ki, möhtəşəm zəfər qazanıb

Tarixçilər və politoloqlar hesab edirlər ki, qələbə paradının keçirilməsinin həm tarixi, həm siyasi, həm də böyük ideoloji-mənəvi əhəmiyyəti var. Ekseprtlər qeyd edirlər ki, Azərbaycan dünyaya göstərdi ki, çox məkrli, təhlükəli bir düşməni məğlub edib, onu ərazilərindən qovub və qələbə qazanıb. Bunun çox böyük qələbə olduğunu deyən ekspertlər bildirirlər ki, Azərbaycan xalqı 28-30 ildir bu qələbənin həsrətində, sorağında idi və bu zəfəri xalqımıza Ali Baş Komandanın rəhbərliyilə yenilməz Azərbaycan Ordusu bəxş etdi. Azərbaycanın cəbhədə qazandığı qələbə ilə Cənubi Qafqazda Ermənistanın timsalında cücərən, boy verən neofaşizmə ağır zərbə vurduğunu deyən tarixçilərin sözlərinə görə, ölkəmiz, ordumuz işğalçılıq siyasəti həyata keçirən, vəhşiliklər, vandalizm aktları törədən düşməni diz çökdürdü. Azərbaycan oğullarının qanı-canı bahasına qazandığımız bu zəfərin tariximizdə ayrıca yeri və çəkisi var.

  • “Qələbə bayramı keçirmək hər xalqa, hər dövlətə qismət olmur, ancaq bizim xalqa, dövlətə nəsib oldu”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bizimlə söhbətində bildirdi ki, 10 dekabr qələbə paradının Azərbaycanın dövlətçilik tarixində, vətəndaşlarımızın, habelə dünya azərbaycanlılarının həyatında xüsusi yeru var. Bu qələbəni illərlə gözlədiyimizə diqqət çəkən V.Abışov qeyd etdi ki, Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusu bu qələbəni qazandı.

10 dekabr tarixində Azadlıq meydanında keçirilən möhtəşəm qələbə paradının həm böyük tarixi əhəmiyyəti olduğunu, həm də bununla Azərbaycan dövlətinin dünyaya bir mesaj verdiyini deyən V.Abışov hesab edir ki, Azərbaycan dünyaya yeni brend təqdim etdi. Qələbə paradının keçirilməsinin azərbaycançılığa da böyük töhfə olduğunu bildirən V.Abışov hesab edir ki, həm Vətən müharibəsi dövründə, həm də indiki qələbəmizi qeyd etdiyimiz vaxtda bütün dünya azərbaycanlıları, bütün Azərbaycan vətəndaşları dövlətimizə, ordumuza böyük dəstək verib, bununla da azərbaycançılığa bağlılıqlarını bir daha nümayiş etdiriblər.

“Qələbə bayramı keçirmək hər xalqa, hər dövlətə qismət olmur, ancaq bizim xalqa, dövlətə nəsib oldu. Düşünürəm ki, Zəfər bayramının, qələbə paradının Azərbaycan xalqının tarixində çox mühüm yeri var və bu bayram illər, əsrlər keçəndən sonra da bu cür möhtəşəm qeyd ediləcək. Azərbaycan xalqı bu Zəfər bayramına layiqdir. Çünki bu zəfəri xalqımız, dövlətimiz neçə-neçə igid oğlunun canı-qanı bahasına qazanıb. Bu zəfəri qazananlarımız arasında şəhidlərimiz də, qazilərimiz də olub. Hər biri bir qəhrəmandır. Demək istəyirəm ki, zəfəri qazanmağımız elə də asan olmayıb. 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan Ordusu öz gücü, öz silahı, xalqımızın dəstəyilə bu Zəfər bayramına yüksəlib”.

  • “Biz nəinki öz regionumuza, eləcə də bütün dünyaya sübut etdik ki...”

V.Abışovun sözlərinə görə, həm ali, həm orta məktəb dərsliklərində, həm də məktəbli gündəliklərində, şagird dəftərlərində bu tarixi qələbəmiz öz əksini tapacaq. O hesab edir ki, möhtəşəm qələbəmiz yalnız tarix dərsliklərində deyil, digər uyğun dərsliklərdə də əks olunmalıdır: “Biz nəinki öz regionumuza, eləcə də bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı döyüşkəndir, qorxmazdır, şücaətlidir, öz torpaqlarını, Vətənini sevəndir və o heç zaman işğal faktı ilə barışmadı, öz torpaqlarını yağı tapdağında qoymadı. Bu baxımdan, tariximizdən süzülüb gələn bu ənənə indən sonra əsrlər boyu yaşayacaq. Minillər boyu Azərbaycan torpaqlarında müxtəlif dövlətlər qurulub, dövlətlər bir-birini əvəz edib, döyüşlər, müharibələr olub, lakin Azərbaycan xalqı öz dövlətçilik ənənələrini həmişə qoruyub saxlayıb. Bu gün də həmin dövlətçilik ənənəsinə xalqımız sadiqdir, bağlıdır. Azərbaycan bu möhtəşəm qələbə paradı ilə dünyaya göstərdi ki, bəli, Şərqdə öz torpaqlarını müdafiə etmək, ərazi bütövlüyünü bərpa etmək gücündə olan möhtəşəm bir dövlət var, onun yenilməz ordusu, böyük xalqı var. Mən bu zəfər paradını həm Azərbaycan vətəndaşları, həm dünya azərbaycanlıları üçün çox yüksək qiymətləndirirəm. Bu zəfər paytaxtımızda çox möhtəşəm bir Zəfər bayramı olaraq qeyd edildi. İnanıram ki, dünyanın digər ölkələrində də Azərbaycanın Zəfər bayramına səs verəcəklər”.

  • “Azərbaycan Ermənistanı məğlub etməklə nəinki ölkəmizi və regionu, bütövlükdə, dünyanı erməni faşizmindən xilas etdi”

V.Abışov qeyd etdi ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbə qazanıldı, 44 günlük Vətən müharibəsində isə erməni faşizmi məğlub edildi: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, eyni zamanda, erməni faşizmi üzərində qazanılan qələbədir. Bunu cənab Prezident özü də qeyd edib. Azərbaycan Ermənistanı məğlub etməklə nəinki ölkə və regionu, bütövlükdə, dünyanı erməni faşizmindən xilas etdi. Müasir dünyada Ermənistandan başqa heç bir dövlət qonşu dövlətlərin ərazilərinə qarşı iddialar irəli sürmür, öz xalqını nifrət ruhunda tərbiyə etmir. Amma Ermənistan XXI əsrdə də öz məkrli niyyətlərindən, siyasətindən əl çəkmirdi. Azərbaycan da Ermənistanın regiona və dünyaya təhdid olan bu məkrli siyasətini məhv etdi, onun başına yumruqla vurdu və göstərdi ki, sənin bu siyasətin uzun sürə bilməz. Ermənistanda neofaşizmin inkişaf etdiyini bütün dünya görürdü. Azərbaycan öz qələbəsi ilə Qafqazı bürüməkdə olan neofaşizmin qarşısını aldı. Ola bilsin ki, dünyanın bəzi dövlətləri erməni faşizmini anlamırlar. Xüsusən də Fransa. Biz Fransanın timsalında gördük ki, dövlət səviyyəsində erməni faşizminə, separatizminə dəstək verilir və sair. Eyni zamanda, bəzi Avropa dövlətləri anlamırlar ki, Azərbaycan hansı məkrli, qorxulu düşmənin başını əzib, bununla da monoetnik, faşist bir dövlətin dünyanı təhdid edən təhlükəsinin qarşısını alıb. Hesab edirəm ki, Azərbaycanın bu zəfəri dünya tarixinə də şərəfli bir səhifə kimi daxil olacaq. Çünki inanmıram ki, Qafqazda, Şərqdə Ermənistan kimi ikinci bir məkrli siyasət yürüdən, qonşularının ərazisinə göz dikən, təcavüzkarlıq siyasəti yürüdən, əsassız ərazi iddiları ilə çıxış edən  ikinci bir dövlət olsun. Cənab Prezident də gözəl deyib ki, Ermənistan dövlətə layiq deyil, bayrağını qoltuğuna vurub getsin, hər hansı bir dövlətin tərkibində yaşasın. Azərbaycanın zəfərindən sonra inanıram ki, Cənubi Qafqazda belə faşist dövlət olmayacaq, olmamalıdır da. Olarsa da, onun başı əziləcək. Necə ki, Azərbaycan erməni faşizminin başını əzdi, inanmıram ki, Ermənistanın nə zamansa başını qaldırmağa cürəti çatar” - deyə V.Abışov bildirdi.     

V.Abışov onu da qeyd etdi ki, Azərbaycanın qazandığı bu möhtəşəm qələbə azərbaycançılığın, dövlətçiliyin təntənəsidir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ