Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı Zəfər paradı ilə bağlı rəsmi tvitter səhifəsində paylaşım edib. Baki-xeber.com xəbər verir ki, nazirliyin paylaşımında deyilir:
"Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər əldə edən azərbaycanlı qardaşlarımızı təbrik edir, Bakıdakı paradda yürüyəcək qəhrəman ordularımızın əsgərlərini qururla salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik".