“Sizi və bütün Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və daha böyük uğurlar, zəfərlər arzulayıram. Azərbaycanda qazanılan zəfərlər bizləri xoşbəxt etdi. Bir daha ölkənizin belə faciələr yaşamaması, hər zaman sevinc, aydınlıq içində olması üçün Uca Allaha dualar edirəm.
30 il ərzində ermənilər tərəfindən məscidlərin dağıdılması, təhqir olunması hiddətimizə səbəb oldu. Bu bütün islam dünyasına qarşı edilən cinayətlər idi.
Zəfəriniz barədə eşidən kimi bu lütfü bizlərə qismət edən uca Allahın şərəfinə 2 rükət namaz qıldım. Şuşanın fəthi isə məni çox həyəcanlandırdı, hətta sevincdən kövrəldim.
Siz bütün hiylələrə, təzyiqlərə sinə gərdiniz. Sizə qarşı edilən xain hücumu zəfərə çevirdiniz, düşmənin layiqli cəzasını verdiniz.
Allah Sizə torpaqlarınızı azad etməklə yanaşı, ibadət evlərini, məscidləri bərpa etməyi də qismət edir. Erməni xislətinə etibar olmaz. Buna görə düşmənlərə qarşı daha güclü, daha qüdrətli olmağınızı, Allahın daim Sizə kömək etməsini arzulayıram. Onların nə qədər havadarı olsa da, Sizin isə arxanızda xalq məhəbbəti, Allahın lütfü var.
Allaha əmanət olun!”
Bunu Prezident İlham Əliyevə müraciətində Türkiyə Respublikasının İstanbul şəhərindən Bayramali Çakır yazıb.
Baki-xeber.com