Rusiya Federasiyasının Moskva şəhərindən Hüseynovlar ailəsi Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Sizi, ailə üzvlərinizi və Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik edir, hamınıza cansağlığı arzulayıram. Bu çətin günlərdə Azərbaycanın yanında olan ölkələrə, xüsusilə Türkiyəyə dərin təşəkkür edirəm. Allah onlara dünyanın və cənnətin ən əziz nemətlərini qismət etsin.
Yer üzünün cənnəti olan Azərbaycana, Qarabağa isə əmin-amanlıq, rifah diləyirəm”.
Baki-xeber.com