“Sizi və Azərbaycan xalqını işğalçılara, zülmə qarşı aparılan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə ailəm, dostlarım və şəxsən öz adımdan təbrik edirəm.
Bu qələbə həm də Azərbaycan dövlətinin gücünün və əzəmətinin, çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin və ənənələrinin simvoludur. Bizim ailəmiz Ermənistandan qaçqındır. Ölkəmizin böyük zəfəri gözlərimizi sevinc göz yaşları, ürəyimizi ümidlə doldurdu, qədim Zəngəzurdakı evimizi bir gün ziyarət etməyə inam yaratdı.
Siz bütün zirvələri fəth edən bir rəhbərsiniz və çoxlarının nümunə götürəcəyi müdrik Lidersiniz.
Sizə cansağlığı, uzun ömür, həqiqi vətənpərvər, müasir, güclü dövlət adamının etibarlı əllərində olan Azərbaycana isə əbədi sülh arzulayıram.
Mən Sizinlə fəxr edirəm, cənab Prezident!”
Bunu Rusiya Federasiyasının Samara şəhərindən Əliyev Rəhman Xanzadə oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com