“Sizi və xalqımızı qəti qələbə münasibətilə təbrik edirəm. Vətənin, həmçinin atanızın layiqli oğlu kimi öz vəzifənizin öhdəsindən şərəflə gəldiniz, Prezident və Ali Baş Komandan kimi xalqımızı qorudunuz, ölkəmizin ərazi bütövlüyünü təmin etdiniz.
Siz igid, qorxmaz, canla-başla Vətəni müdafiə edən əsgərlərin, Qarabağı işğaldan azad edən şanlı və müzəffər Ordunun rəhbərisiniz.
Qarabağ Azərbaycandır!
Sizinlə bərabər Azərbaycan xalqının gələcəyə inam, ümid ocağının qoruyucusu, ölkənin Birinci vitse-prezidenti Mehriban xanımın da qarşısında baş əyir, Azərbaycan xalqının rahat və firavan həyatı naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirirəm.
Mən azərbaycanlı olduğum üçün həm xoşbəxt, həm də qürurluyam. Vətənin azadlığı naminə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq”.
Bu sözləri Rusiya Federasiyasının Arxangelsk şəhərindən Əliyev Hüseyn Əli oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə vurğulayıb.
Baki-xeber.com