“Torpaqlarımızın azadlığı uğrunda əldə edilmiş qələbə münasibətilə Sizi təbrik edirəm. Bu gün ölkəmiz naminə həyata keçirdiyiniz tədbirlərə, görülən işlərə görə Sizə minnətdaram.
... Sizin uzaqgörən daxili və xarici siyasətiniz, milli mənafelərimizə yönəlmiş fəaliyyətiniz nəticəsində müzəffər Azərbaycan Ordusu xalqımızın illərlə əzilən qürurunu, milli mənliyini özünə qaytardı. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə şanlı qəhrəmanlıq salnaməsi yazdı və bu gün işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli Qələbə Bayrağımız vüqarla dalğalanır.
Biz Azərbaycan gəncləri dövlətimizin və xalqımızın rifahı naminə bütün gücümüzü səfərbər etməklə Sizin yanınızdayıq”.
Bu fikirləri Bakının Xəzər rayonundan “İZ – İlhamla Zirvələrə” hərəkatının üzvləri adından Paşayev Elnur Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com