“Dünya azərbaycanlıları üçün taleyüklü günlərdə və tariximizin ən parlaq səhifələrinin yazıldığı bir dövrdə düşmən üzərində hərbi, siyasi və diplomatik qələbənin qazanılması münasibətilə Sizi və xalqımızı səmimi qəlbdən təbrik edirəm!
Əminəm ki, bu tarixi Qələbə xalqımızı daha da sıx birləşdirəcək və gələcək inkişafımız üçün güclü impuls olacaq. Cənab Prezident, Azərbaycan Respublikasının üç rəngli bayrağının bundan sonrada planetimizin ən uca zirvələrində dalğalanması üçün əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Bakının Yasamal rayonundan Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010-2016) Azərbaycan Respublikasının alpinizm üzrə idman ustası, Everest dağ zirvəsini fəth edən ilk azərbaycanlı İsrafil Aşurlı yazıb.
Baki-xeber.com