Bazar ertəsi günü, 12 oktyabr 2026
     

KİVDF jurnalistlər üçün yeni müsabiqəyə start verdi...

Image


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

KİVDF-dən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi məqsədilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə aşağıdakı mövzulardan biri üzrə yazı təqdim edilə bilər:

1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu: Azərbaycanda dövlət quruculuğu istiqamətində intensiv islahatlar;

2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi: “fake xəbər” və “deep fake”lə mübarizə üsulları;

3. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi: Qarabağ Azərbaycandır!

4. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

5. Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

6. azərbaycançılıq ideyasının təbliği;

7. işğaldan azad olunmuş ərazilərimizin turizm potensialı;

8. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

9. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

10. multikulturalizmin Azərbaycan modeli – birgəyaşayışın parlaq nümunəsi;

11. informasiya mübarizəsi və onun həyata keçirilmə mexanizmləri;

12. elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində yeniliklərin təşviqi;

13. pandemiya ilə mübarizədə medianın rolu və fəaliyyət istiqamətləri;

14. yuxarıda qeyd olunan 13 (on üç) mövzudan birini əhatə edən xarici dilli yazılar (ingilis və ya rus dilində).

Müsabiqəyə hər jurnalist tərəfindən yalnız bir yazı təqdim edilir.

Müsabiqədə iştirak edə bilər:

Müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən jurnalistin bu Qanunla müəyyən edilmiş statusunun şamil olunduğu  şəxslər (kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri) iştirak edə bilərlər.

Müsabiqənin ümumi şərtləri:

Elanda göstərilən mövzuların hər biri üzrə 3 (üç) əsas mükafatçı müəyyən edilir və aşağıdakı qaydada birdəfəlik pul mükafatı ilə mükafatlandırılır:

1. birinci yer – 1000 (bir min) manat məbləğində;

2. ikinci yer – 700 (yeddi yüz) manat məbləğində;

3. üçüncü yer – 500 (beş yüz) manat məbləğində.

Fond ekspertlər tərəfindən yazılara verilən fərdi qiymətləri və yazılı rəyləri ümumiləşdirməklə Elanda göstərilən mövzular üzrə mükafatının məbləği 300 (üç yüz) manat olan əlavə həvəsləndirici yer (yerlər) nəzərdə tuta bilər.

Müsabiqəyə müraciət:

Müsabiqəyə müraciət məlumatların və sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi və ya həmin məlumat və sənədlərin kağız daşıyıcıda Fonda təqdim edilməsi yolu ilə edilir.

“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” vasitəsilə müsabiqəyə müraciət:

Müsabiqəyə elektron qaydada müraciət etmək üçün jurnalist “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nda (bundan sonra – Elektron informasiya bankı) qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.

Qeydiyyatdan keçmək üçün Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər daxil edilməlidir:

1. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin skan edilmiş surəti;

2. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayışın skan edilmiş surəti;

3. jurnalistin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti (əgər varsa).

Müsabiqəyə müraciət zamanı Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər təqdim edilməlidir:

1. Müsabiqəyə müraciət formasının skan edilmiş surəti (Bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (ƏLAVƏ 1);

2. yazı;

3. jurnalistin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti (əgər varsa).

Sənədlərin kağız daşıyıcıda Fonda təqdim edilməsi yolu ilə müsabiqəyə müraciət:

Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən jurnalistdən aşağıdakı sənədlər tələb olunur:

1. Müsabiqəyə müraciət forması (Bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır);

2. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

3. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayış;

4. yazı (3 nüsxədə);

5. jurnalistin bank rekvizitlərini əks etdirən sənəd (əgər varsa).

Yazıya dair tələblər:

Yazılar aşağıdakı tələblərə cavab verməklə təqdim edilir:

1. Elanda göstərilən ilk 13 (on üç) mövzu üzrə Azərbaycan dilində, 14-cü mövzu üzrə isə ingilis və ya rus dilində təqdim edilməlidir.

2. Heç bir yerdə dərc edilməməli, yayımlanmamalı və paylaşılmamalıdır.

3. Mətnin həcmi 900-1000 söz aralığında olmalı, A4 kağızına uyğun formatda, səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında “Times New Roman” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır.

4. Plagiata yol verilməməlidir (jurnalist digər kütləvi informasiya vasitəsinin və ya jurnalistin materialının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər).

Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən jurnalistin təqdim etdiyi yazı yuxarıda göstərilənlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:

1. Elanda göstərilən mövzulardan hansına aid olduğu (mövzunun sıra nömrəsi və adı) yazının sərlövhəsindən əvvəl qeyd edilməlidir.

2. Üç nüsxədə hazırlanmalı, birinci nüsxəsi müəllifin şəxsi məlumatları (soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa), hazırda işlədiyi kütləvi informasiya vasitəsi), tarix və imza göstərilməklə, digər nüsxələri isə yalnız tarix göstərilməklə tərtib edilməlidir.

Müraciətlərin qəbulu 09 dekabr 2020-ci il tarixindən 16 dekabr 2020-ci il saat 12:00-dək həyata keçirilir.

Müsabiqəyə elektron qaydada müraciət barədə video təlimatı buradan izləyə bilərsiniz.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ