Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Diaspor quruculuğu sahəsində Azərbaycanın yeni dövlət siyasəti prinsipi - YAŞAT sistemində diaspor fəalları...

Image


Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə;

 İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun fəaliyyətinə vacib dövlət qurumları nəzarət edəcək

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən, Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.

Himayəçilik Şurasının tərkibində tanınmış diaspor nümayəndələri...

Bunun ardınca Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. “YAŞAT” Fondunun Himayəçilik Şurasında Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina da yer alır. Göründüyü kimi, bu cür vacib missiyanı əhatə edəcək qurumda diaspor nümayəndələrimizə də etimad göstərilib.

5,3 milyon avro məbləğində mükafata layiq görülən yeganə azərbaycanlı...

Qeyd edək ki, Məsud Aşina Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Avropa həkimləri arasında böyük nüfuza malik olan Məsud Aşina elmi fəaliyyətinə görə Lundbeck Fondunun 5,3 milyon avro məbləğində mükafatına layiq görülən yeganə azərbaycanlı həkimdir.

"Əməkdar incəsənət xadimi" fəxri adını daşıyan diaspor fəalımıza göstərilən etimad...

Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Cahangir Novruzov da zəngin yaradıcılıq fəaliyyətinə malikdir. O, Azərbaycanda və Rusiyada peşəkar təhsil alıb, bir çox ölkələrdə Azərbaycan teatrını layiqincə təmsil edib, Şəki Dövlət Dram Teatrının quruluşçu rejissoru, Azərbaycan Musiqili Komediya teatrının baş rejissoru, Gənc Tamaşaçılar Teatrının rus bölməsinin baş rejissoru kimi teatr sənətinə böyük töhfələr verib.

C.Novruzov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki fәaliyyәtlәrinә görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Cəmiyyətimizdə yardımlaşma  ruhunun  möhkəmlənməsinə töhfə verəcək...

Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir.

Bəllidir ki, Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir, dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır.  Ancaq bütün bunlarla yanaşı, ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan “YAŞAT” fondu da məhz bu funksiyanı yerinə yetirəcək. Bizim ən yaxşı milli xüsusiyyətlərimizdən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir. Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla, həm də milli birliyimizi gücləndirir.

Qazilərə qayğı dövlətin sosial siyasətinin əsas qayəsini təşkil edir

Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçı erməni ordusunu darmadağın etməklə dünya hərb tarixinə bir çox yeniliklər gətirdi. Dağlıq Qarabağın və ətraf rayonların çətin, mürəkkəb coğrafi relyefə malik olmasına baxmayaraq, döyüş əməliyyatları dəqiqliklə hazırlanaraq, ən müasir texnika ilə aparıldı. Məhz Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması və Ali Baş Komandanın peşəkar rəhbərliyi, hücum edən tərəf olmağımıza baxmayaraq, itkilərimizi minimuma endirdi. Ancaq hər bir müharibədə olduğu kimi, ikinci Qarabağ müharibəsi də itkisiz olmadı – bu müharibədə 2783 şəhid verdik. Allah onlara rəhmət eləsin. 1300-ə qədər qazimiz müxtəlif dərəcəli xəsarətlər aldı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş və əlillik dərəcəsi almış qazilərə qayğı dövlətin sosial siyasətinin əsas qayəsini təşkil edir. Birdəfəlik sığorta ödənişləri ilə yanaşı, onların mənzil şəraiti yaxşılaşdırılır, minik avtomobilləri ilə təmin olunur, övladları dövlət hesabına ödənişsiz təhsil alır, səhiyyə müəssisələrində pulsuz müalicə alırlar. Yeri gəlmişkən, indiyə qədər bu kateqoriyadan olan 9000 insan evlə, 7000-ə yaxını isə fərdi minik avtomobili ilə təmin olunub.

“Mən gördüm ki, Azərbaycan xalqı bu  prosesdə ürəklə, yaxından iştirak edir”

Bu vacib məsələdə diaspor fəallarına da göstərilən etimad diaspor quruculuğu sahəsində Azərbaycanın yeni dövlət siyasəti prinsipini ifadə edirmi?

Dünya Azərbaycanlıları Konqresi İcra Aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin “YAŞAT” Fondunun yaradılması barədə imzaladığı fərman dövlətin öz şəhidinə, qazisinə göstərdiyi qayğının ən yüksək təcəssümüdür: "Müharibə başlayan andan xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsini, milli birlik nümayiş etdirməsini bütün dünya gördü. Həmin milli birliyi “YAŞAT" Fondunun formalaşmasında da göstərməliyik. Hər bir azərbaycanlı özünü şəhidlərimizin, qazilərimizin qarşısında bir növ borclu hesab edir. Onlara yardım etməkdən şərəf duyur. Düşünürəm ki, ilk növbədə imkanlı vətəndaşlarımız dövlət başçısından, Heydər Əliyev Fondundan nümunə götürərək, “YAŞAT" Fondunun fəaliyyətinə də öz töhfələrini əsirgəməyəcək. İnanıram ki, “YAŞAT" Fondu torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinin, sağlamlığını itirmiş qazilərimizin problemlərinin həlli baxımından çox əhəmiyyətli işlər görəcək. Fürsətdən istifadə edərək, bütün imkanlı şəxsləri bu nəcib işdə yaxından iştirak etməyə çağırıram. 44 günlük müharibə dönəmində mənim özüm arxa cəbhədən ön cəbhəyə yardımların aparılmasında fəal iştirak etdim. Mən gördüm ki, Azərbaycan xalqı ürəklə bu prosesdə yaxından iştirak edir. Hətta imkanı zəif olan ailələr belə imkanları çatan xırda sovqatı əsgərlərimizə çatdırmağı tərcih edirdi. “YAŞAT” Fondunun yaradılmasını çox təqdir edirəm. Xüsusilə də Fondun idarəçiliyində diaspor nümayəndələrinə etimadın göstərilməsi ürəyimizcə oldu. Etiraf edim ki, müharibə dönəmində cəbhəyə etdiyimiz yardımların böyük hissəsini xaricdə yaşayan diaspor fəallarımız təşkil edirdi. Hətta adlarının açıqlamasını belə istəmirdilər. Biz görürdük ki, bu yardımlaşma işində bütün dünyadakı diaspor fəallarımız olduqca fəaldırlar. Lakin bəzən görürdük ki, onların göndərdiyi  vəsaitlər müəyyən şəxslər tərəfindən lazımi istiqamətə xərclənmir. Bu baxımdan da belə bir Fondum yaradılmasına ciddi ehtiyac vardı”.

“Əminəm ki, məhz bu istiqamətdə də diasporumuz ona göstərilən etimadı tam doğruldaraq, daha koordinasiyalı fəaliyyət ortaya qoyacaq”

Müsahibimizin sözlərinə görə, Prezidentin fərmanı ilə yaradılan Fonda ciddi ictimai nəzarət olacaq: “Bu baxımdan da xeyriyyəçilik, dəstək məqsədilə yığılan vəsaitin şəffaf xərclənməsinə dair ciddi məsuliyyət yaranacaq. Diasporumuza bu işdə göstərilən böyük etimad onu daha da həvəsləndirəcək. Bu addımı dövlətimizin diasporumuza böyük etimadının göstəricisi sayıram. Əminəm ki, məhz bu istiqamətdə də  diasporumuz ona göstərilən etimadı tam doğruldaraq daha  koordinasiyalı fəaliyyət ortaya qoyacaq. Dövlət deyilən kateqoriya vətəndaşlarımıza lazımi dəstəyi göstərir. Ancaq xeyriyyəçilik etmək istəyənlərin də niyyətlərinin şəffaf vasitələrlə təminatına zərurət vardı. Çünki bu Fond həm də mütəmadi hesabat verəcək. Hətta xeyriyyəçilik məqsədilə adının çəkilməsini istəməyən soydaşlarımız belə yardımlarının necə şəffaf şəkildə xərcləndiyinə şahid olacaqlar”.

Müsahibimiz diaspor fəllarına bu sahədə də göstərilən diqqətə görə ölkə başçısına öz minnətdarlığını çatdırdı.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ