İmişli rayonunun Məzrəli kəndindən Şövqi Alışov da Prezident İlham Əliyevə müraciət edib:
“...Mən birinci Qarabağ müharibəsi iştirakçısıyam. 6 il ön cəbhədə vuruşmuşam. Kəlbəcərin itirilməsi mənim üçün ən ağır itki idi. Çünki biz, çox az sayda olan əsgərlər Kəlbəcərdən Murov istiqamətinə gedən yolu son gülləmizə kimi qoruduq, dinc əhalinin daha az itkilərlə şəhərdən çıxmalarına nail olduq. Biz son ana qədər kömək gözlədik. Lakin həmin kömək gəlmədi, Kəlbəcəri qoruyub saxlaya bilmədik. Mən və 16 nəfər döyüş yoldaşım Kəlbəcərin işğalından 22 gün sonra oradan çıxdıq.
...Siz müdrik siyasətiniz nəticəsində nəinki torpaqlarımızı, habelə xalqımızın sınmış qürurunu da özünə qaytardınız. Biz qazilər Sizinlə ̶ xalqımın qüdrətli sərkərdəsi ilə fəxr edirik.
...Sevincimin həddi-hüdudu yoxdur, çünki böyük çətinliklə tərk etdiyim Kəlbəcərə indi qürurla qayıdacam. Buna görə Sizə sonsuz təşəkkürümü bildirirəm, Müzəffər Ali Baş Komandanım”.
Baki-xeber.com