“Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı, qurub yaratdığınız rəşadətli Ordumuzun köməyi ilə 44 günə azad etdiniz. Eşq olsun qüdrətli Azərbaycan Ordusuna, yaşasın Ali Baş Komandan!
Torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyirəm.
Siz xalqımıza verdiyiniz vədi və müasir müstəqil Azərbaycan Respublikasının qurucusu - dünya şöhrətli dahi Ulu Öndərimizin vəsiyyətini şərəflə yerinə yetirib, adınızı qızıl hərflərlə tarixə yazdırdınız. Buna görə də Sizə və Sizə daim dəstək olan, mənəvi ruh verən, çətin hallarda hər zaman xalqın yanında olan, qayğıkeş, səmimi insan, xalqımızın sevimlisi Mehriban xanıma ailə üzvlərim adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.
Artıq üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda dalğalanmaqdadır.
Bütün Azərbaycan xalqı kimi mənim də qəlbimdən keçənləri Sizə bildirmək istəyirəm:
- Siz Vətən Müharibəsi qəhrəmanı adına layiqsiniz;
- Siz müstəqil Azərbaycan Respublikasının daimi Prezidenti olmaqla qədirbilən xalqımızın yolunu günəş kimi gur işıqlandırarsınız;
- İşğaldan azad edilmiş bütün şəhər və rayonlarda, o cümlədən Xankəndidə, Şuşada, həmçinin Bakı şəhərində heykəlinizin ucaldılmasını görmək istərdik.
Dost baxıb şad olsun, düşmən baxıb kor olsun!”
Bunu Bakı şəhərinin Yasamal rayonundan uzun illər Xankəndidə əmək fəaliyyəti göstərmiş, əslən Laçından olan 85 yaşlı Sadıxov Oqtay Həsənağa oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com