Rusiya Federasiyasının Moskva şəhərindən Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəri, professor Hüseynəli İsmayılov Prezident İlham Əliyevə müracət edib:
“Son 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğaldan azad etdiniz. Siz məğlub xalqı qalib millətə çevirdiniz, bu xoşbəxt günləri bizə nəsib etdiniz.
Müzəffər Ali Baş Komandan, Siz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq tarixin ən qüdrətli Azərbaycanını yaratdınız, onu Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevirdiniz, yeni texnologiyalara əsaslanan silahlarla təmin edilmiş modern Ordu qurdunuz, beynəlxalq qurum və təşkilatlarda ardıcıl və səmərəli işlər aparmaqla gənc Azərbaycanı nüfuz sahibinə çevirdiniz. Bunun üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Dünyada boyuzatma rekordu edən bir həkim-travmatoloq kimi bilirəm ki, hansı çətinliklərdən keçmisiniz və böyük maneələri dəf etmisiniz. Çətin iş həmişə pərdə arxasında qalır, amma onun nəticələri göz qabağındadır. Siz Azərbaycanın şərəf və ləyaqət tarixini yazdınız və bununla birmənalı olaraq özünüz tariximizdə qəhrəman kimi həkk olundunuz. Heç vaxt Vətənimizdə bugünkü kimi milli birlik olmamışdı. Bu birliyi qoruyub saxlamaq millətimiz üçün ən ülvi dəyərdir.
Xüsusi olaraq, bizim bu ağır günlərimizdə bizə siyasi, mənəvi dayaq duran Türkiyəmizə dərin təşəkkürümü bildirirəm. Şükür olsun Allaha ki, millətin qüruru qalib gəldi, qaməti düzəldi.
2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şərəfli bir gündür. Azərbaycan torpaqlarının işğalçı ermənilərdən xilas günüdür. Azərbaycan dövlətinin gücünün və Sizin, Ali Baş Komandan olaraq zəkanızın dünya dövlətləri tərəfindən etiraf edildiyi gündür.
Ulu Tanrım yeni qələbələri bizə nəsib etsin!
Mən Azərbaycan ziyalısı, akademik İlizarovun tələbəsi olaraq uzun illərdir dünyanın inkişaf etmiş dövlətlərində, Yaxın və Orta Şərqdə travmatoloq-ortoped kimi çalışmışam. 2003-cü ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən dövlət mükafatına layiq görülərək, Rusiyanın Əməkdar təkmilləşdiricisi adını almışam, Rusiyanın görkəmli alimlərinin internet ensiklopediyasına daxil edilmişəm. Bu günlərdə bir azərbaycanlı kimi Sizinlə həmrəyəm, Sizin yanınızdayam, mənim köməyimə ehtiyacı olan cəsur Azərbaycan əsgər və zabitlərinə, sağlamlığını itirmiş hər bir mülkü Azərbaycan vətəndaşına təmənnasız yardım etməyə hər zaman hazıram.
Sizə və ailənizə cansağlığı, uzun ömür, bu ağır və məsuliyyətli işlərinizdə dözüm və uğurlar arzulayıram”.
Baki-xeber.com