“Sizi və bütün Azərbaycan xalqını böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Mən Laçın rayonunun Bozlu kəndindənəm. 1981-ci ildə təyinatla Tümen vilayətinə gəlmişəm, hazırda burada yaşayıram. Azərbaycan pasportum olmasa da, mən özümü Azərbaycan vətəndaşı hesab edirəm.
Laçın rayonunun işğaldan azad olunmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Böyük qardaşım Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Kamil Balədə oğlu 1992-ci ildə şəhid olub. Sizin rəhbərliyiniz altında Laçın qaytarıldı, qardaşımın qanı yerdə qalmadı. Sizin və igid əsgərlərimiz qarşısında, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Yaşasın Azərbaycan!”
Bunu Rusiya Federasiyasının Xantı Mansiysk şəhərindən Nəsib Paşayev Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com