“2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Rusiya Federasiyası Moskva Vilayətinin İstra rayonunda azərbaycanlılar bu şanlı Qələbəni və Azərbaycanın tarixi torpaqlarının azad edilməsini bu günə kimi qeyd edirlər.
Bu şanlı Qələbə ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük əməyiniz, iradəniz və qətiyyətiniz sayəsində əldə edildi. Sizin komandanlığınız altında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu, eləcə də Azərbaycanın tarixi və mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad edilməsinə nail oldu. “Moskva Vilayətinin İstra şəhər dairəsinin Azərbaycan İcması” yerli ictimai təşkilatı parlaq Qələbəyə, eləcə də Azərbaycanın dövlət başçısı kimi apardığınız uğurlu xarici və daxili siyasətə görə Sizə səmimi qəlbdən minnətdarlığını bildirir”. Bu sözləri Rusiya Federasiyasının Moskva vilayətinin İstra şəhərindən “Moskva vilayətinin İstra şəhər dairəsinin Azərbaycan İcması” yerli ictimai təşkilatının sədri Ramil Əliyev Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com