“Sizə Türkiyədən, Aydın vilayətindən yazıram. Qarabağa azadlıq verən böyük Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edir, Sizə və qalib, şanlı Ordunuza təşəkkür edirəm. Sizin, cəsur Ordumuzun və xalqımızın birliyi sayəsində yüz minlərlə köçkün Vətənlərinə dönəcəkdir.
Biz Aydında haqq mübarizənizi və ədalətli müharibənizi dəstəkləyən dərnəklər yaratmışıq və Azərbaycan xalqının yanında olduğumuzu bəyan edirik. İnternet səhifəmiz vasitəsilə ədalətli mübarizəniz barədə məlumat yaymağa çalışırıq.
Xəbər məlumatları hazırlayarkən azərbaycanlı qardaşlarımızın mənəvi ruhunun, ordumuzun yüksək mənəviyyatının və Sizə inamın səsi olmağa çalışdıq. Sizin tərəfinizdən həyata keçirilən xarici və daxili siyasəti dəstəkləyirik. Bütün Türkiyə Sizə inanır və etibar edir.
...Biz Sizinlə qürur duyuruq. Əminik ki, türk xalqı və azərbaycanlı qardaşlarımız Sizi və siyasi iradənizi hər zaman dəstəkləyəcəklər.
Qarabağ Azərbaycandır!”
Bu fikirlər Türkiyə Respublikasının Aydın şəhərindən Vəli Tiryaki tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə qeyd edilib.
Baki-xeber. com