“Sizin komandanlığınızla rəşadətli Ordumuzun mərd oğulları Azərbaycan xalqına qarşı “qəhrəmanlıq” göstərən erməni vandallarını darmadağın etdi və zəfər çaldı. Bu möhtəşəm Qələbə münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm. Əzəli torpaqlarımızı - Dağlıq Qarabağı və ətraf rayonları bizə qaytardığınız üçün Sizə daim minnətdarıq. Allah Sizi qorusun. Canınız sağ, ömrünüz uzun olsun!.
Uca Tanrıdan torpaqlarının hər qarışı üçün canından keçən şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Yaşasın Azərbaycan!”
Bunu Kəlbəcər rayonundan Prezident İlham Əliyevə müraciətində Əlbəndov Qalib Salman oğlu bildirib.
Baki-xeber.com