“Sizin rəhbərliyinizlə işğal altındakı ərazilərin azad edilməsində qazanılan zəfərinizə “Mübarək olsun!” deyərək təbrik edir, Sizə hörmət və minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, işğaldan azad edilən bütün ərazilərdə ən qısa zamanda quruculuq işləri başlayar və bu böyük zəfəriniz Türk Dünyasının birləşməsinə, bir olmasına imkan yaradar.
Sizin timsalınızda şanlı Azərbaycan Ordusunun bütün igid əsgərlərinə minnətdaram və ehtiramla sonsuz salamlarımı çatdırıram.
Tanrı Türk ümmətini qorusun!”
Bunu Prezident İlham Əliyevə müraciətində Almaniya Federativ Respublikasının Verl şəhərindən Əli Göktürk yazıb.
Baki-xeber.com