“Azərbaycan əsgəri bu torpaqları əlində daşıdığı silahdan daha çox ürəyində daşıdığı qisas hissilə, düşmənə hədsiz nifrətilə və Vətənə olan sonsuz sevgisilə geri aldı”
Qisasın qiyamətə qalmadı Vətən, şəhidlərinin qanı son damlasına qədər düşməndən alındı. Düşmən çəpəri oğulların yağının səndən hiylə və məkrlə, havadarlarının köməyilə qopardığı ərazilərini qarış-qarış geri qaytardı, sənin bayrağını işğaldan azad etdikləri hər kəndə, hər şəhərə, hər yüksəkliyə sancdılar, indi bayrağın vüqarla, əzəmətlə dalğalanır, düşmənə göz dağı çəkir, bizə qürur verir...
Tovuz cəbhəsində düşmənin törətdi növbəti təxribat Azərbaycan oğullarını yerindən oynatdı, ürəklərini, damarlarında qanını coşdurdu, onları düşməndən intiqam almağa köklədi, səfərbər etdi. Oğulların düşməni torpaqlarımızdan qovub çıxarmaq, ona həddini göstərmək üçün bir məqam, fürsət gəzdi. Sanki iynə üstündə idilər. Hər an cəbhədə döyüşün başlamasını gözləyirdilər. Nəhayət ki, o gün yetişdi. Tovuz cəbhəsində layiqli cavabını alan düşmən heç cür təxribatından əl çəkmək istəmirdi. Sentyabrın 27-də Ermənistanın silahlı terrorçu birləşmələrinin dinc əhalimizi, kəndlərimizi, rayonlarımızı iriçaplı silahlardan atəşə tutmağa başladı, neçə-neçə günahsız vətəndaşımız, hərbi qulluqçumuz düşmən gülləsindən həlak oldu.
Hələ Tovuz cəbhəsində düşmən təxribatının baş verdiyi günlərdə onminlərlə könüllüdən biri kimi hərbi çağırış məntəqəsinə gedərək qeydiyyatdan keçdi, o heç cür özünə yer tapa bilmirdi, əynində hərbi geyim hər gün cəbhəyə çağırılacağı günü gözləyirdi. Qəzetimizin ştatdankənar müxbiri, “Xatirə kitabı” redaksiyasının şöbə müdiri, Vətən müharibəsi qazisi Nahid Salayevdən danışırıq. N.Salayevin döyüş yolu Hadrutdan başlayıb, Şuşada başa çatıb. Nahid Salayev döyüş zamanı zədə aldığından, hazırda hospitalda müalicəsini davam etdirir. Vətənə zəfər qazandıran qeyrətli oğullarımızdan biri olan N.Salayev həmişə deyib ki, ən böyük arzusu Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması və bu mübarək və müqəddəs işdə iştirak etməkdir. N.Salayevin və onun kimi qeyrətli Vətən oğulları bu arzularına çatdılar. Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. O oğulların ön sırasında N.Salayevin olması həm bizi, həm də onun özünü qürurlandırır. “Döyüşümüz Hadrutdan başlayıb, Xocavənddən, Xocalıdan keçib, Şuşanın qarşısında bitib. Ən ağır, çətin döyüşümüz Hadrutda olub. Təsəvvür edin ki, 16 gün əldə etdiyimiz mövqeni qorumaq və irəliləmək tapşırığımız olub. Düşmən dayanmadan mövqelərimizi muxtəlif iricaplı silahlar və minaatanlarla atəşə tutsa da, taborumuz geri çəkilməyib, əksinə, addım-addım irəliləyib. Düşmənin bütün cəhdlərini iflasa uğratdıq. Təminata gələn və yaralılarımızı, şəhidlərimizi daşıyan maşınlarımız atəşə tutuldugundan, 12 gun dağda ac-susuz qaldıq, amma döyüşdük. Döyüş tapşırığımız Ərgünəş dağında tamamlanmalı olduğu üçün, bütün çətinliklərə sinə gərərək mövqeyimizi saxlamışıq. Hadrutun girəcəyindən Xocavəndin sonuna kimi dağları piyada qalxmışıq. Düşmən minaatan mərmisini, izburaxan güllələri üstümüzə yağış kimi yağdırırdı, düşmənin güllə yağışının altından keçib irəliləyirdik. Taborumuz böyük qəhrəmanlıqla, şücaətlə döyüşdü. Həmin döyüşdə şəhidlərimiz çox oldu, çox igid, qəhrəman Vətən oğulları canını fəda etdi. Yaralılarımız daha çox idi. Şəhid olanlarımızın, yaralananlarımızın çox olmasına baxmayaraq, heç kim geri qayıtmaq barədə düşunməyib. Ancaq irəli getmişik. Düşmən su təminatımızın olmadığını yaxşı bildiyi üçün əsas pusqunu bulaq üstə qurmuşdu. Bulağa suya düşənlər, sadəcə, açıq hədəf idi. Buna baxmayaraq, heç kim geri çəkilmək barədə fikirləşməyib, məqsədimiz düşmənin dizini qırıb, onu məhv edib, torpaqlarımızı işğaldan azad etmək olub. Ancaq bu barədə düşünmüşük. Yalnız irəli getmişik, heç nə bizi yolumuzdan döndərə bilməyib. Əsas işimiz irəlidə gedən döyüşçülərin mövqelərini qorumaq, düşmənin onların arxasına keçməsinin qarşısını almaq idi. Bu çətin iş olsa da, biz bunu bacardıq. Şükürlər olsun ki, bacardıq, başladığımız əməliyyat Hadrutun və Xocavəndin azad olunmasıyla bitdi. İkinci döyüş tapşırığımız isə Xocavənddən keçilməsi mümkünsüz hesab olunan yollarla Xocalıya keçmək və Şuşa ətrafinda möhkəmlənmək idi. Təsəvvür edin ki, meşə içindən açılan yeni yolla, halbuki, orada hərəkət mümkün deyildi. Amma biz həmin o çətin meşə yolu ilə irəliləyib Xocalının Çanaqçı kəndinə keçməklə Şuşa ətrafında möhkəmləndik”.
Düşmənin hər addımbaşı pusqu qurduğunu, bizim döyüşçüləri tələyə salmaq istədiyini deyən N.Salayev bildirdi ki, burada onların bölüyü erməni pusqusuna düşüb, lakin onlar düşmənin pusqusundan xilas ola biliblər: “Biz orada pusquya düşdük... Düşmən yüksəklikdə dayansa da, bütün bölüyümüz əks-hücuma keçməklə onların əksəriyyətini məhv etdi və yerdə qalanları isə qaçmağa məcbur etdi. Təsəvvür edin ki, biz aşağıdan üzüyuxarı hücum edirik və düşmən arxasına baxmadan qaçır, canını qurtarmaq istəyirdi. Bütün döyüşçülərimiz sərt iqlimə baxmayaraq, çöldə açıq havada, dağların üstündə, yağışın altında qalmaqla növbə çəkirdik. Çox vaxt orada yağış yağırdı. Həyatımın ən xoş günlərindən biri, bəlkə də birincisi Şuşanın azad olunduğu gün idi. Mənim üçün həmin gün müharibə bitmiş sayılırdı. Çünki üzüyümüzün ən dəyərli daşdan olan qaşını - Şuşamızı qaytarmışdıq, bununla da zəfər qazanmışdıq. Məni ən çox qürurlandıran hamının, bütün əsgərlərimizin, zabitlərimizin ölümün gözünün içinə dik və qürurla baxa-baxa irəliləməsi idi. Hətta bütün şəhidlərimizin üz cizgilərində düşmənə meydan oxuyan bir ifadə vardı, “biz gəlmişik”. Şuşanı gördüm, başı dumanlı, buludlar içində olan Şuşa bilirsiniz necə gözəl və əzəmətlidir”.
N.Salayev bildirdi ki, müharibə zamanı onu kövrəldən, qəlbinin incə və həssas tellərinə toxunan məqamlar da olub. Erməni cəlladlarının amansızlıqla qətlə yetirdikləri Xocalıya, günahsız insanlarımızın ruhları dolaşan yerlərə ayağı dəyəndə kövrəlib Nahid bəy: “Xocalını görəndə kövrəldim. 1992-ci ildə erməni caniləri tərəfindən soydaşlarımızın soyqırıma məruz qaldığı yerdə gəzərkən çox kövrəldim, o ərazini gəzə-gəzə keçirdiyim hissləri heç cür ifadə edə bilmirəm. Çingiz Mustafayevin ağlayaraq lentə aldığı Xocalı soyqırımı qurbanlarının vəhşicəsinə qətl edildiyi yerləri gəzmək məni çox kövrəldti. Gec də olsa Xocalı qətliamı qurbanlarının qisası alındı. Kövrələrək ürəyimdə dedim ki, gec də olsa qisasınızı düşməndən aldıq, özü də artıqlaması ilə. Özü də şəhidlərimizin, Xocalı qətliamının qisasını kişi kimi, mərdi-mərdanə aldıq. Bu mənə təsəlli oldu... Əsgərlərimiz ermənilərin mülki əhaliyə qarşı törətdikləri qətliamın qisasını əlində silah tutan erməni hərbçisindən aldı, özü də artıqlaması ilə. Şəhidlərimizin və soyqırım qurbanı olan günahsız mülki insanlarımızın qisaslarını qiyamətə qoymadıq, onların qisasının qiyamətə qalması mümkün də deyildi. Baxmayaraq ki, ermənilərin atıb getdikləri arasında Xocalıdakı vəhşiliyə görə medal alanlar da vardı. Biz onların qisaslarını düşməndən aldıq. Sadəcə, indi keçirdiyim hisslərin əvəzi yoxdur. Bizə bu şansı verdiyinə görə Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə sonsuz təşəkkurümü bildirirəm. Şah İsmayılın yaratdığı imperiyanın parçalanmağa başlamasından sonra ilk dəfə idi ki, Azərbaycan itirdiyi torpaqları geri qaytardı. Düz 600 illik fasilədən sonra biz itirdiklərimizi qaytara bildik. Ön cəbhədə bu şərəfli hərəkatın bir hissəsi olmaq bizə böyük şərəfdir”.
N.Salayev deyir ki, şəhidlərimizin qisası düşməndən qat-qat artıqlaması ilə alınsa da, onların haqqı ödənilməz. 2783 nəfər şəhid bu torpagın hər qarışını, metrini öz qanları ilə suvadı. İndi şəhidlərimizin qanı tökülən torpaqlarımızın qədrini daha çox bilməliyik.
Azərbaycan əsgəri, Azərbaycan dövləti, Prezidentimiz, sözün həqiqi mənasında, Vətənimizin zəfər tarixini yazdı. Kimi tarixə adını qızıl hərflərlə yazdırır, kimi etdiyi əməllərlə. Amma şəhidlərimiz qanlari ilə adlarını tariximizə yazdılar. Ən əsası odur ki, satqınların, vicdanını, əqidəsini satmışların günahı ucbatından Birinci Qarabağ müharibəsində itirdiyimiz Vətən torpaqlarını, düşmənlə sona qədər mərdliklə döyüşən, lakin xəyanət nəticəsində şəhid olan atalardan, babalardan bizlərə qalan bu ağrını bizdən sonra gələn nəsillərə saxlamadıq, torpaqlarımızı işğaldan azad etdik. İstənilən halda, tarix yenidən və daha məğrur formada yazıldı. Bu tarix qanla, şərəflə yazıldı. Azərbaycan əsgəri bu torpaqları əlində daşıdığı silahdan daha çox ürəyində daşıdığı qisas hissilə, düşmənə hədsiz nifrətilə və Vətənə olan sonsuz sevgisilə geri aldı. Çoxları məni qınayır ki, niyə yaşın səfərbərliyə çağırış yaşını keçdiyi halda könüllü olaraq müharibəyə getdin? Bir cavabım var.
Getməsəydim, bir ömür boyu güzgüdə özümə, oğlumun gözünə dik baxa bilməzdim. İndi rahatam.
Həm də ətrafimda hamı məni “qoca” çağırır, yaşıma görə. Döyüş dostları arasında bu, hörmət əlamətidir.
36 yaşım var, taborda yaşda hamıdan böyük idim. Məndən yaşlı səfərbərliyə gələn əsgər yoxdur. Mən sentyabrın 28-i getdim müharibəyə. Ştatla çavuşam. Bizim əsgərlər nəinki erməniyə, bütün dünyaya meydan oxudu, kim olduğunu göstərdi. Biz yenilməz bir xalqın övladlarıyıq. Bizim müharibədə simvolumuz boz qurd işarəsi idi. Əsgərlər əl ilə yox, boz qurd işarəsi ilə salamlaşırdı”.
N.Salayev deyir ki, Füzulidə cəmləşiblər, ilk döyüşə də burada giriblər. “Hazırda hospitalda müalicə alıram. Hadrutda zədələndim, amma bildirmədim. Minaatan atışından sonra dağın üstündən qayanın üstünə çırpıldım, Laçın azad olunana kimi hospitala getməkdən imtina etdim. Dekabrin 1-də tabor komandirim məni hospitala məcbur göndərdi. Təkcə mən yox, əsgərlərin, demək olar ki, hamısı yaralansa da, zədə alsa da, hospitala getməkdən imtina edirdilər. Ayağında qəlpə ilə qayıdanlar, yaralandığını gizlədənlər də çox oldu. Hətta bəzilərinin yaralarını özümüz sarıyırdıq. Heç kim hospitala getmək istəmirdi. Heç kim geri qayıtmağı özünə sığışdırmırdı. Cəbhədə hamı bir nəfər, bir nəfər hamı, hamı isə Vətən üçün idi. Bir litr suyu 50 nəfərin içdiyi günlər olub. Bütün çətinliklərə dözmüşük, nə şəhidimizi, nə yaralımızı buraxıb getmişik. Elə hallar olub ki, onları özümüzlə daşımışıq. Bölüyümüzün Qumaşov Anar Saleh oğlu adlı bir şəhidi oldu. Allah rəhmət eləsin. Bakının 238 saylı məktəbinin yetirməsi olub. O, su içmək üçün bulağa gedəndə ermənilər xaincəsinə onu bulaq üstə vurdular. Hadrutda vurdular. Nəşini minaatan və snayper atışları altından döyüş meydanından çıxardıq. Yanında yaralananlar da vardı, onları iki gun gizləyib yaralarını sarıdıq və imkan olan kimi ərazidən çıxardıq. İnşallah, qayıdanda ailəsini ziyarət edəcəyik. Sağlıq olsun. Cəbhədə əmim nəvəsi İlkin Zeynallı ilə rastlaşdıq. Bacım oğlu sayılır həm də. Dayı bacıoğlu Vətənin xidmətindəyik. Onunla ayrı-ayrı hərbi hissələrdə, amma eyni istiqamətdə xidmət etmişik.
Bizə qarşı vuruşan ermənilərin içində Bakı doğumluları kifayət qədər idi. Yəni bu millət çörəyini yeyib ocağının başında oturduğu xalqa qarşı belə xəyanətkar olub həmişə. Ona görə həmişə ayıq-sayıq olmalıyıq. Bizə sağ erməni əsgəri qəti lazım deyildi. Həm də bizim çörəyimizi yeyib, bizə xəyanət edən heç lazım deyildi…” - deyə qəhrəmanımız bildirdi.
İradə SARIYEVA