“Şöhrət” ordenli Mirdaməd Sadıqovun Prezidentə müraciəti…

img

Bakıdan “Şöhrət” ordenli Mirdaməd Sadıqov da Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük uğurlar və Qələbəyə görə, xüsusilə də bütün işğal altında olan ərazilərimizin Ermənistanın işğalçı ordusundan azad edilməsi münasibətilə respublikanın və UNEC-in iqtisadçı alimləri və heyəti adından Sizi səmimi qəlbdən təbrik edir, Böyük Yaradanın nəzərləri üzərinizdə olmaqla Azərbaycanın bundan sonra da çiçəklənməsi naminə Sizə zəfərli və uğurlu günlər arzulayıram.

Sizin rəhbərliyiniz ilə müharibədə qazandığımız qələbə, diplomatiyada qələbə, siyasətdə qələbə, dövlət-xalq-ordu birliyi bundan sonra da Azərbaycanımıza xoş günlər və böyük inkişaf üçün zəmin yaradacaq. Möhtərəm Ali Baş Komandan bu yolda Sizinlə bir yerdəyik və Sizin bütün tapşırıqlarınızı yerinə yetirməyə hazırıq. Sizin Azərbaycana tarixdə görünməyən böyük qələbələr bəxş edən zəkanız respublikanın qürur mənbəyidir. Tanrı Sizi, Azərbaycanımızı, xalqımızı qorusun!”

Baki-xeber.com

Son xəbərlər