Sizin Qarabağa davamlı sülh gətirəcəyinizə inanırıq – Krasnoyarsk sakini, Gəncədə hərbi xidmətdə olmuş Aleksandr Oreşnikov Preziden Əliyevə yazdı...

img

“Mən əsgərliyini Azərbaycanda başa vurmuşam. 1987-1989-cu illərdə indiki Gəncə, o vaxtkı Kirovabad şəhərində yerləşən 104-cü qvardiyanın hava-desant diviziyasında xidmət etmişəm.

Dağlıq Qarabağda baş verən faciələrin birbaşa şahidi və iştirakçısı idim. O vaxt xalqınızın yaşadığı iztirabları böyük ürək ağrısı ilə qəbul edirdim.

1993-cü ildə Ağdamın işğalını şəxsi bir faciə kimi qəbul etdim, çünki bu şəhərə çox bağlı idim və əziz xatirələrim var idi.

Sizi və çoxmillətli xalqınızı Qələbə münasibətilə təbrik edirəm! Nəhayət, ədalət zəfər çaldı. Mən buna ürəkdən sevinirəm və səmimi qəlbdən Sizin fəaliyyətinizin Dağlıq Qarabağa bölgəsinə sülh və firavanlıq gətirəcəyini inanıram.

Sizə və xalqınıza əmin-amanlıq, başınızın üstündə açıq səma arzulayıram!”

Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən Aleksandr Oreşnikov Preziden İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər