Şəki veteranlar təşkilatının sədr müavini – Ordumuz Sizin rəhbərliyinizlə...

img

“Sentyabrın 27-dən Ermənistanın təcavüzü nəticəsində başlanılan müharibədə ordumuz Sizin rəhbərliyinizlə müqəddəs amal uğrunda əks-hücuma başladı.

Xalqımız, həmçinin Qarabağ müharibəsinin veteranları qələbə qürurunu Sizin sayənizdə yaşadı. Mənim oğlum Anar Əhmədovun, onun döyüş yoldaşlarının, əsgər və zabitlərimizin, müzəffər Azərbaycan Ordusunun iştirakı ilə əldə olunan şanlı qələbə sevincini bizlərə bəxş etdiniz.

...Əzminizlə, qətiyyət və cəsarətinizlə Azərbaycan xalqına qazandırdığınız şanlı qələbə münasibətilə birinci Qarabağ müharibəsi veteranları və Şəki rayon Veteranlar təşkilatı, həmçinin öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, hörmət və ehtiramımızı bildirirəm.

Eşq olsun Ulu Öndərimizə, onun davamçısı, Azərbaycan xalqının igidliyini dünyada təsdiq edən, onu ucaldan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına! Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”

Bu sözləri Şəki şəhəri Veteranlar təşkilatının sədr müavini Vaqif Əhmədov Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər