Bazar ertəsi günü, 12 oktyabr 2026
     

“Rusiyanın Ermənistana xəyanəti üzündən uduzduq” - Ya 6 milyard dollar təzminat, ya Krasnodar, Stavropol, Krım...

Image


Məğlub Ermənistan və onun kapituliyasiya aktına imza atan baş naziri Nikol Paşinyan yeni “sevdaya” düşüb. “Panorama.pub” saytının məlumatına görə, Paşinyan bəyan edib ki, Ermənistanın düçar olduğu bu məğlubiyyət Rusiya tərəfinin erməni xalqına xəyanəti üzündən baş verib.

Sayt yazır ki, bir neçə gün əvvəl parlamentin qarşısında çıxış edən Paşinyan deyib: “Rusiya da, Ermənistan kimi, KTMT-nin üzvüdür, bizə hərbi və digər yardımlar göstərməli idi. Ruslar əsrlər boyu xalqımıza kömək etdilər, onu xilas etdilər və heç kim onları bu vəzifədən azad etmədi. Buna görə “Artsax”da (?) aldığımız məğlubiyyət birbaşa bizə qarşı xəyanətdir. Və Rusiya bunun əvəzini ödəyəcək”

Saytın bildirdiyinə görə, diplomatik kanallar vasitəsilə Ermənistan Xarici İşlər Nazirliyi artıq Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə yaradıb və etiraz notası, habelə 2,6 milyard dollarlıq təzminat iddialarını təqdim edib. Hətta bəzi qaynaqların yazdığına görə, Ermənistan Qarabağı itirdiyinə görə Rusiyaya qarşı təzminat davası açmaqla yanaşı, ərazi iddiası irəli sürməyi də planlaşdırır. Saytın yazdığına görə, Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib ki, söhbət Krasnodar və ya Stavropol diyarlarındakı torpaqlardan və ya Krımın bəzi bölgələrindən gedə bilər.

Ermənistan Qarabağdan qovulduqdan sonra Rusiyaya qarşı ərazi iddialarını yenidən gündəmə gətirir və öz çirkin planlarını açıqlayır.

  • “İstisna edilmir ki, indiki Ermənistan hakimiyyətinin Rusiyaya qarşı bu cür iddialar səsləndirməsində Fransa və ABŞ-ın əli var”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin fikrincə, 2018-ci ildə hakimiyyətə gələn Paşinyanın və onun kabinetinin həyata keçirdiyi siyasət əvvəlkilərdən xeyli dərəcədə fərqlənir: “Mən məhz Robert Köçəryanla Serj Sarkisyanın hakimiyyətini nəzərdə tuturam. Paşinyanın siyasəti əsasən Qərbyönümlüdür. Yəni ona qədərki siyasətdə daha çox Rusiyayönümlülük özünü göstərirdisə, Paşinyan Qərbyönümlü siyasət yürüdürdü. Mənə elə gəlir ki, indiki anlamda baş verənlər və Paşinyan hökumətinin Rusiyaya qarşı yeni iddialarda bulunması, xüsusən də təzminat məsələsini qaldırması, yaxud KTMT-nin onlara nə üçün kömək etməməsini gündəmə gətirməsi təsadüfi deyil. Paşinyan hökuməti ikili oyunlar oynayır. Hesab edirəm ki, burada Qərblə münasibətlərin, xüsusilə də Fransa və ABŞ-ın təsirləri hiss olunur. İstisna edilmir ki, indiki Ermənistan hakimiyyətinin Rusiyaya qarşı bu cür iddialar səsləndirməsində də Fransa və ABŞ-ın əli, təsiri var. Əlbəttə, Ermənistanın Rusiya qarşısında belə bir təzminat iddiasında bulunması, ondan bu şəkildə təzminat tələb etməsi o qədər də təbii görsənmir. Çünki Ermənistan bu cəsarəti hardan ala bilər ki, indiki məqamda Rusiyaya qarşı belə bir təzminat iddiasında olsun. Bunun nə dərəcədə real, yaxud şayiə olduğu əsas deyil. Əsas görünən odur ki, burada söhbət Fransa və ABŞ-ın Ermənistan hökuməti, yəni Paşinyan üzərində təsirindən gedir, Ermənistanı “danışdıran” həmin dövlətlərdir. Burada əsas məqsəd mümkün qədər Rusiyanın Ermənistana təsirini azaltmaqdır. Əslində, Ermənistanda Rusiyanın 102-ci bazası var, Ermənistanla Rusiya arasında hərbi saziş var və Ermənistan bunu hansısa bir anlamda aradan qaldıra, 102-ci bazanı ərazisindən çıxara bilməz. Nə qədər ki, 102-ci baza Ermənistandadır, Ermənistanın Qərblə, Fransa, ABŞ və digər ölkələrlə danışıqlarının üst səviyyəyə keçməsi mümkün deyil. Hesab edirəm ki, Ermənistanın Rusiyaya yönəlik bu cür iddialarının meydana çıxması, təzminat məsələsinin ortaya atılması, eyni zamanda, yenidən Krasnodar və Stavropolda hər hansı bir erməni muxtariyyətinin yaradılması ilə bağlı fikirlərin səsləndirilməsi kimi amillər daha çox Ermənistanın Qərbyönümlü siyasətini davam etdirməyə yönəldilib. Əlbəttə, o zaman belə anlaşılır ki, doğrudan da Ermənistanın özündə cəsarət tapıb Rusiyaya qarşı belə iddia irəli sürməsi, həqiqət, yaxud şayiə olsa belə təsadüfi deyil”.

F.Ələkbərlinin fikrincə, Paşinyan hökuməti yaxşı bilirdi ki, müharibədə qalib ola bilməyəcək, Azərbaycan hərbdə də onu məğlub edəcək. “Ermənistanın Rusiyaya qarşı təzminat və ərazi iddiasının kökündə bu ölkənin Qərbə qovuşmaq, çıxmaq istəyi dayanır. İndiki Ermənistan hökumətinin bu cür təxribatçı təbliğatlar aparmasının arxasında da Qərb ölkələrinin, xüsusən də Fransanın dayandığı istisna olunmur. Rusiya buna qarşı necə addım atacaq, bunu demək hələlik mümkün deyil. Rusiya Ermənistanın onun nəzarətindən çıxmasını qətiyyən istəmir. Bir çoxu da Paşinyanı inandırıb ki, “Rusiyanın gələcəyi yoxdur, Rusiya Federasiyası 5-10 ilə çökəcək, Ermənistan regionda tək qalacaq”. Ermənistan hakimiyyəti də bu ölkənin gələcəyini düşünərək bu addımı atır. Hesab edirəm ki, bu mənada, Paşinyan və onun hökuməti Qərb, xüsusən də Fransa və ABŞ politoloqlarının, ideoloqlarının çox ciddi təsiri altındadır. Paşinyan məhz onlardan “ilham alaraq” bu kimi iddialarla çıxış edir. Ancaq, bütün hallarda, hazırda Ermənistanın Rusiyanın təsiri altında qalması, yaxud Qərbin təsiri altına keçməsi məsələsində bu ölkədə ciddi ziddiyyətlər var. Ancaq Paşinyan hökuməti Qərbə meylli olduğu üçün, görünür, bu cür iddialar da oradan qaynaqlanır” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ