Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Laçının və Kəlbəcərin satılması arxasındakı maraqlar - 27 illik cinayətin kökləri hələ də araşdırılır...

Image


“Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü.

Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir”. Bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

  • “AXC-Müsavat cütlüyü ilə mütəllibovçular arasında gedən hakimiyyət uğrunda mübarizənin predmeti də torpaqlarımızın düşmənə satılması idi”

“Səs” qəzeti və eyni adlı informasiya agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev bizimlə söhbətində, ilk növbədə, Laçının işğaldan azad edilməsi, yenidən bizə qayıtması münasibətilə Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını təbrik etdi. “Ali Baş Komandanımızın rəhbərliyilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bilirik ki, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı və bununla da Ermənistan tərəfi təslimçilik aktına imza atdı. Bundan sonra Kəlbəcər, Ağdam və Laçın rayonlarının bizə qaytarılması prosesi baş verdi. Artıq bu proses başa çatıb. Cənab Prezident öz çıxışında həmin dövrdə Azərbaycanda olan siyasi hakimiyyətin başının Bakıda hakimiyyət çəkişməsinə qarışdığını vurğuladı. O bunu çox dəqiqliyi ilə ifadə etdi. İndiyə qədər xalqa bütün müraciətlərində bu prosesi tam dəqiqliyi ilə xalqa çatdırıb. Bilirsiniz ki, müharibə dövründə cənab Prezident bir neçə gündən bir xalqa müraciət edirdi və müraciətlərində bəzi detallara toxunurdu. Son müraciətlərində o dövrkü siyasi hakimiyyət cənab Prezident tərəfindən ittiham edildi. Hətta bundan öncə Kəlbəcər bizə qaytarıldıqdan sonra cənab Prezident çıxışında keçmişdə hakimiyyətdə olan bugünki müxalifət rəhbərlərini Paşinyanla müqayisə etdi. Bu müqayisə həqiqətən də dəqiq, yerində edilən bir müqayisədir. Çünki o dövrdə torpaqlarımızın əksəriyyəti hakimiyyət uğrunda gedən mübarizənin qurbanı oldu. Bir tərəfdən, torpaqlarımız işğal edilirdi, digər tərəfdən, işğal olunan torpaqlarımız ətrafında manipulyasiya gedirdi, siyasi dividendlər qazınılırdı. AXC-Müsavat cütlüyü özlərindən əvvvəlki hakimiyyəti ittiham edirdi və torpaqlarımızı düşmənə verib hakimiyyətə nail olmaq cəhdləri edirdi. Mütəllibov hakimiyyəti ilə AXC-Müsavat hakimiyyəti arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Hər iki qüvvə torpaqları satmaq, düşmənə vermək yolu ilə hakimiyyətlərini möhkəmləndirmək uğrunda savaşırdı, Qarabağ cəbhəsində isə qanlı döyüşlər gedirdi. AXC-Müsavat cütlüyü ilə mütəllibovçular arasında gedən hakimiyyət uğrunda mübarizənin predmeti də torpaqlarımızın düşmənə satılması idi. Faktiki olaraq, o hakimiyyət tərəfindən 1992-ci ilin may ayının 18-də Laçın rayonunun düşmənə satılması baş verdi. Həmin dövrdə Laçının, Kəlbəcərin düşmənə verilməsi də hakimiyyət uğrunda mübarizənin üzərində quruldu, rayonlarımız AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyinə qurban getdi. Sözün əsl mənasında, çox qəribədir ki, o dövrkü hakimiyyət siyasi hakimiyyəti xalqın, dövlətin maraq və mənafelərindən, ərazi bütövlüyümüzdən də, suverenliyimizdən də üstün tuturdu. Hakimiyyət hərisliyi onların gözlərini o dərəcədə tutdu ki, hətta ümumdövlət, xalq maraqları arxa plana keçdi. Ən nəhayət, torpaqlarımız bir-birinin ardınca düşmən əlinə keçdi. Cənab Prezident AXC-Müsavat iqtidarının torpaqlarımızı düşmənə satdığını dəqiqliyi ilə ifadə etdi. Gizlin deyil ki, o dövrdəki yarıtmaz iqtidar, təsadüf nəticəsində hakimiyyətə gələnlər torpaqlarımızı düşmənə təslim etdilər, satdılar. Bilirsiniz ki, o dövrdə kadr siyasəti də düzgün qurulmamışdı. Məsələn, hərbidən xəbərsiz bir riyaziyyat müəlliminin müdafiə naziri olması buna nümunədir. Yadınızdadırsa, o deyirdi ki, Şuşa getsə, başıma bir güllə çaxacağam. Amma Şuşa getdi, Rəhim Qazıyev başına bir güllə çaxmadı. Yəni sözümün canı odur ki, düzgün kadr siyasətinin aparılmaması, vəzifəyə qoyulan adamların bilik və bacarığına əhəmiyyət verilmədən siyasi partiya mənsubluğunun əsas götürülməsi və hakimiyyətə gətirilməsi bu cür faciələrə yol açdı. Bilirsiniz ki, o dövrkü siyasi iqtidar insanları vəzifəyə yalnız onun siyasi mövqeyinə görə gətirirdi. Bu da, ümumilikdə, dövlət maraqlarının əksinə idi. Bunun acı nəticələrini xalqımız gördü, bu faciələri yaşadı. Bir tərəfdən qanuna, başqa bir tərəfdən isə ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik sərgilədilər. Eyni zamanda, düzgün aparılmayan kadr yerləşdirilməsi nəticəsində iqtisadiyyatımız dağıldı, tənəzzülə uğradı.

Bir məqamı da qeyd edim ki, onların hakimiyyəti dövründə cəbhədə qanlı döyüşlər getdiyi vaxtda ordu çox zəif idi, hərəsinin öz ordusu vardı, hər biri də öz ordusunu başına yığıb Bakıya gətirirdi və şəhərdə hakimiyyətin ələ keçirilməsi üçün çevriliş cəhdləri edirdilər. Ordudan öz şəxsi məqsədləri üçün istifadə edərək, ordu vasitəsilə hakimiyyət çevrilişinə cəhd göstərirdilər”.

B.Quliyev bildirdi ki, AXC-Müsavat iqtidarı torpaqlarımızın düşmən əlinə keçməsində birbaşa məsuliyyət daşıyır. “Başı Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışan AXC-Müsavat  cütlüyünün düşmənə satdığı torpaqları bu gün cənab Prezident xalqımıza qaytardı. Bu torpaqların düşmən işğalından azad edilməsi ölkə başçımızın böyük sərkərdəlik, diplomatik bacarığı nəticəsində baş verdi. Prezidentin apardığı məqsədyönlü, düşünülmüş, praqmatik siyasət bizi öz torpaqlarımıza qovuşdurdu. Ən əsası odur ki, Azərbaycan xalqının 28-30 illik həsrətinə son qoyulur. Bu gün Azərbaycan xalqı öz Ali Baş Komandanının, Prezidentinin, müzəffər sərkərdəsinin ətrafında sıx birləşərək, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olması istiqamətində vahid cəbhədə birləşə bildi”.

B.Quliyev qeyd etdi ki, keçmiş hakimiyyətin öz hakimiyyətini möhkəmlətmək üçün alver predmetinə çevirdiyi torpaqlarımız ölkə başçısının rəhbərliyilə geri qaytarılıb, amma həmin qüvvələr bizim bu qalibiyyətimizi, uğurumuzu həzm edə bilmirlər: “Bu qüvvələrin düşmənə satdığı torpaqları Ali Baş Komandanımız, şanlı ordumuz işğaldan azad edib. Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, yüksək diplomatik bacarığı, ölkəmizin iqtisadiyyatını gücləndirməsi, ordu quruculuğunu ən yüksək həddə qurması, nəhayət, xalq və iqtidar birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, Dağlıq Qarabağ münaiqşəsi arxada qaldı. Amma bu gün yenə də həmin dövrdə hakimiyyətdə olan qüvvələr hansısa nüansları tənqid etmək yolunu tutublar. Halbuki, onların özlərinin tör-töküntülərini hələ də bu gün tam yığışdırıb qurtara bilmirik. Onların 30 ildə tökdüklərini biz 30 ildə yığıb yığışdıra bilmirik. Amma yenə də görürsünüz, öz əməllərindən qalmırlar, danışmağa üzləri var. Onlar əsassız olaraq bəzi məsələlərin kökünə varmadan, onun nədən qaynaqlandığını bilmədən, bəzi iddialar irəli sürürlər, buna hansısa don geydirməyə cəhdlər göstərirlər. Ağıllı, savadlı, analitik qabiliyyəti olan adamlar isə yaxşı bilirlər ki, cənab Prezident bu münaqişənin həlli istiqamətində konkret addımlar atıb, düşünülmüş siyasət yürüdüb. Çünki nəyin nə zaman olacağını cənab Prezident yaxşı bilir” - deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ