Mollaməhərrəmlinin əsgər anaları Prezidentə yazdı – Bizə olan sonsuz sevginizə...

img

Füzuli rayonunun Mollaməhərrəmli kəndindən əsgər anaları Əhmədova Xədicə, Hüseynova Sevil və Əmrahlı Ülviyyə Prezident İlham Əliyevə müraciət edib:

“Qarabağı, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyiniz üçün Sizə, əsgər və zabitlərimizə şəxsən öz minnətdarlığımızı bildiririk. Vətən müharibəsi döyüşlərində bizim də oğullarımız mənfur düşmənə qarşı mərdliklə vuruşurdular.

...Biz əsgər ailələri Sizin qayğınızı həmişə hiss etmişik və bu gün də hiss edirik. Bizə olan sonsuz sevginizə və diqqətinizə görə Sizə təşəkkür edirik. Sizə bütün fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uca Allah Sizi qorusun! Yaşasın müzəffər Ali Baş Komandan!

Yaşasın yenilməz Azərbaycan Ordusu!”

Baki-xeber.com

Son xəbərlər