Kəlbəcərli Qarabağ veteranı Rasim Əliyev Prezidentə - Bu günün sevincini bizə yaşatdığınız üçün...

img

“Çox çətin missiyanın öhdəsindən gələrək əzəli Qarabağ torpaqlarımızı erməni təcavüzkarlarından azad etdiniz, mənliyimizi, qürurumuzu özümüzə qaytardınız.

Bununla düşmən bir daha qarşısında heç vaxt ərazilərinin işğalı ilə barışmayan güclü xalq gördü. Bu günün sevincini bizə yaşatdığınız üçün ailəm adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm. Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Zəfərimiz mübarək olsun!”

Bunu Azərbaycan Respublikasının Kəlbəcər rayonundan Qarabağ müharibəsi veteranı Əliyev Rasim Talıb oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər