çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı”

Image


“Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının müddəaları uğurla icra edilir. Sənədin  6-cı bəndinə əsasən dekabrın 1-də Laçının öz tarixi sahibinə qaytarılması ölkəmizin hər yerində böyük sevinc hissi ilə qeyd olunur. Dekabrın 1-də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edərək  44 günlük müharibənin yol açdığı siyasi qələbəmizi şərtləndirən amillərdən geniş bəhs etdi. Bugünümüzün real mənzərəsi budur ki, Azərbaycan beynəlxalq hüquq  praktikasında və regionda  yeni reallıqlar yaratdı. 27 ildən artıq icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi, ədalət, beynəlxalq hüquq deyilən məfhumun mövcudluğu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının diqqətinə çatdırıldı, Ermənistanın illərdir yaratdığı “məğlubedilməz ordu” mifi dağıdıldı, münaqişənin hərb variantının mümkünsüzlüyünü qeyd edən dairələr düşüncələrinin nə qədər yanlış olduğunu gördülər, bir sözlə, həqiqətlərə həqiqət gözü ilə baxmaq diqtə edilərək bölgədə yeni dövrün  əsası qoyuldu. Təbii ki, bu reallıqları yaradan Azərbaycandır. Əgər əvvəlki illərdə bəzi dairələr Azərbaycanın mövcud  reallıqlarla barışmalı olduğunu bildirirdilərsə, bu gün Azərbaycan hər kəsə özünün formalaşdırdığı  və ölkəmizin bütün ərazilərində suverenliyinə, bütövlüyünə əsaslanan mövcud reallıqlarla barışmağı diqtə edir. Bugünün reallığı ondan ibarətdir ki, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi,  işğala son qoydu, bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatı yaratdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda  yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işlər görüldü, düşməni  torpaqlarımızdan  qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər  həllini taparsa, onda bölgədə yeni əməkdaşlıq çərçivələri yaradılacaq”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan bir daha Ermənistana və ona havadarlıq  edən dövlətlərə göstərdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcək və təcavüzkara  heç bir güzəştdən söhbət gedə bilməz: «Hər zaman münaqişənin həllində  sülh və danışıqlar metoduna üstünlük verən dövlətimiz müharibə variantını da istisna etmirdi. Bu, sadəcə bir bəyanat deyildi. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 17 ildə bu siyasi  xəttin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  bütün gücümüz səfərbər edildi. Ölkəmiz daha da  gücləndi, qüdrətləndi, bütün sahələrdə-həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm həmrəyliyin və birliyin möhkəmlənməsində, həm də ordu quruculuğunda davamlı uğurlar əldə olundu.  Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu  sırasında qərarlaşdı. Mürəkkəb relyefdə, güclü müdafiə sisteminə malik düşmən ordusunun məğlub edilməsi düzgün hərbi strategiyanın tətbiqi, ordumuzun yüksək peşəkarlığı və müasir texnika və texnologiyalardan istifadə olunması nəticəsində mümkün oldu.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq”.

Baş redaktor Azərbaycanın döyüş meydanındakı qələbəsinin siyasi müstəvidə qələbəyə yol açdığını diqqətə çatdırıb: “44 günlük müharibə 300-ə qədər kəndin, 5 şəhərin, 4 qəsəbənin, xeyli sayda strateji yüksəkliklərin işğaldan azad olunmasını təmin etdi. Ermənistanın başqa çıxış yolu qalmamışdı, ya birgə Bəyanata imza atmalı, ya da tamamilə  məhv olmalı idi. Azərbaycan Ordusu işğalçı dövləti diz çökdürdü.  10 noyabr tarixli  üçtərəfli Bəyanat işğalçı dövlətin kapitulyasiyasının  həm sənəddə, həm də realıqda dünyaya təqdimatıdır. Ermənistan  və ona havadarlıq edən dövlətlər  bir daha dərk etdilər ki, saxta tarix   heç zaman reallıqları dəyişə, eyni zamanda, yalanın həqiqət üzərində uzunmüddətli qələbəsini təmin edə bilməz.  Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər Azərbaycanın tərəfindədir. Xalqımız tam əmin idi ki, gec-tez dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqeyimiz sayəsində Dağlıq Qarabağ problemi  öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, tarixi  torpaqlarımızda yeni həyat başlayacaq, bu ərazilərimizin malik olduğu iqtisadi  potensial  qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsində  əhəmiyyətli rol oynayacaq. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bu tarixi qələbənin sevincini yaşayır.  “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik» söyləyən cənab İlham Əliyevin qeyd etdiyi kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır”.

 Artıq müharibənin arxada qaldığını söyləyən Vüqar Rəhimzadə bu fikri də böyük qürur hissi ilə   bildirib ki, ölkəmiz üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək, bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduqları iqtisadi  potensial imkan verəcək ki, Qarabağ regionunu nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl bölgələrindən birinə çevirək. Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ