çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Ermənilərin sabiq dövlət xadimləri Qarabağ məsələsində qlobal məğlubiyyətlərinin hərtərəfli təhlilinə başlayıblar - haralarda səhv etdik...

Image


Məlum olduğu kimi, 44 günlük müharibə başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Zaman-zaman ermənilər belə hədələrlə çıxış edirdilər ki, Azərbaycan hücum etsə, yeni ərazilər itirəcək.

Lakin Ermənistan anlamırdı ki, artıq ötən əsrin 90-cı illəri deyil. Onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalmadı.

Ermənilər elə düşünürdülər ki, dünya Azərbaycana imkan verməyəcək

Başqa bir tərəfdən, Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanıldılar. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub oldu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər oldu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində antiterror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT-in Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.

İndiyə qədər yeridilən maksimalist siyasət səhv olub

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, erməni siyasi elitasının mötədil mövqedən çıxış edən şəxsləri yaranmış vəziyyəti təhlil edərək çıxış yolları axtarırlar. Bu mövqedən çıxış edən şəxslərin ümumi fikri ondan ibarətdir ki, ermənilərin var olmasının çıxış yolu indiyə qədər yeridilən səhv və aqressiv siyasətdən əl çəkməkdən keçir. Qeyd edirlər ki, indiyə qədər yeridilən maksimalist siyasət səhv olub. Bu baxımdan, Ermənistan Prezidentinin keçmiş baş müşaviri, Miçiqan Üniversitetinin professoru, tarixçi Jirayr Liparidyan “Nə və niyə baş verdi? Altı tezis” adlı məqaləsində Ermənistan və erməni xalqının məğlubiyyətinin səbəblərini geniş analiz edib. Yeri gəlmişkən onu da qeyd edək ki, Liparidyan 1998-ci ildə müşavir vəzifəsindən gedəndən sonra zamam-zaman Qarabağ məsələsi ilə bağlı təhlillərlə çıxış edib.

Ermənilər əldə etdikləri nailiyyətlərin böyük hissəsini itirdilər

J.Liparidyan “Nə və niyə baş verdi? Altı tezis” adlı məqaləsində qeyd edib ki, biz tariximizin son dərəcə ağır mərhələsindən keçirik: “Ordumuz sentyabrın 27-dən noyabrın 10-a qədər amansız müharibə aparıb və nəhəng nəticələrlə müşayiət olunan ciddi məğlubiyyət yaşayıb. Qaranlıq tuneldən çıxış yolu tapmazdan əvvəl nə və niyə baş verdiyini anlamaq lazımdır. Biz mütləq baş verənlərlə barışmalı və onları qəbul etməliyik.

1- Ermənistan, Qarabağ və erməni dünyası tarixi proporsiyaları itirdi.

– Biz müharibədə uduzduq. O müharibədə ki, nəyin bahasına olur-olsun, onun baş verməsinə yol verməməliydik. O müharibədə ki, orada qalib gələ bilməzdik.

– Xalqımızın daha bir hissəsi əcdadlarının evlərindən və öz kollektiv həyatlarından məhrum oldu.

– Biz gənc kişilərdən ibarət bütöv bir nəsli – ən dəyərli sərvətlərimizdən birini itirdik.

– Biz uzun illər boyu Qarabağa qoyduğumuz insan və maliyyə kapitalımızı itirdik.

– Baş nazirimiz Qarabağ münaqişəsinin həlli məqsədilə qarşısına qoyduğu üç hədəfdən məhrum oldu:

a) Qarabağın rəhbərliyini danışıqlar masasına qaytarmaq istəyirdi;

b) İstənilən həll münaqişəyə cəlb olunmuş üç xalq – Qarabağ, Azərbaycan və Ermənistanın xalqları üçün məqbul olmalıdır, deyirdi;

c) Hətta uzaq gələcəkdə olsa belə, Qarabağın müstəqilliyini təmin etmək imkanından danışırdı.

– Biz özgüvənimizdən, nikbinliyimizdən və əldə etdiyimiz nailiyyətlərin böyük hissəsindən məhrum olduq. Ola bilsin ki, hətta demokratiyaya inamımızı da itirdik. Biz nə baş verdiyini və niyə baş verdiyini qəbul etməyə qətiyyən hazır olmayan travmalı xalqıq.

– Biz öz müstəqilliyimiz və suverenliyimizin daha bir parçasını itirdik”.

Müharibəyə zəmin yaratmasaydılar, o zaman gənc nəsli itirməzdilər

Həqiqətən də Ermənistan işğalçılıq siyasətini davam etdirməklə böyük məğlubiyyətə uğradı. Əgər onlar torpaqları sülh yolu ilə azad edib müharibəyə zəmin yaratmasaydılar, o zaman gənclərini itirməzdilər. Bunun ölkənin demoqrafik vəziyyətinə necə böyük zərbə olduğunu təsəvvür etmək çətin deyil. Hələ bunun fəsadları bundan sonrakı illərdə müşahidə ediləcək. Çünki Ermənistanda əhalinin artması ilə bağlı ciddi problemlər var. Bu azmış kimi, müharibədə onların məruz qaldığı canlı itki sözügedən problemi daha da kəskinləşdirəcək.

Böyük vəsait itirdilər

Başqa bir tərəfdən, Ermənistan və erməni lobbisi işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasətinə uyğun olaraq böyük vəsait xərclədilər. Ermənistan və xarici ölkələrdən erməniləri ətraf rayonlara köçürdülər. Orada bir sıra infrastruktur obyektləri yaratdılar. Bəzi məlumatlara görə, Dağlıq Qarabağ xaric, ətraf rayonlarda 17 min nəfər əhali qanunsuz olaraq məskunlaşdırılıb. Kəlbəcərdə onların sayı 3500 nəfər idisə, Laçında ermənilərin sayı 7 min nəfərdən çox olub. Hansı ki, bununla bağlı vəsaiti Ermənistan öz inkişafına yönəltsəydi, daha səmərəli olardı. 

Paşinyanın təklifləri dəstəklənmədi

Digər bir tərəfdən, Paşinyan Baş nazir olandan sonra bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ ermənilərinin adından danışa bilməz. Onlar ayrıca tərəf olaraq danışıqlarda iştirak etməlidirlər. Onun bu təklifini nə Azərbaycan qəbul etdi, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri. Hətta ermənilərə xüsusi rəğbəti ilə seçilən Fransa belə bu təklifi dəstəkləmədi. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Paşinyan Baş nazir olandan sonra Fransa məhkəmələri bu ölkənin şəhərlərinin separatçı qurumla “dostluq müqavilələrini” ləğv etdilər.

Reallığı düzgün qiymətləndirmədiklərinə görə uduzdular

Liparidyan məqaləsində qeyd edib ki, reallığı düzgün qiymətləndirmək istəmədiklərinə görə müharibəni uduzublar: “Biz ona görə uduzduq ki, birlikdə reallığın gözünə baxmaq əvəzinə, rəhbərlərimiz iyirmi ilə yaxındır, öz mülahizələrini ideoloji, siyasi, partiya və şəxsi mülahizələr üzərində qururdular. Biz məğlub olduq, çünki güclər balansının dəyişdiyini görmək və zamanın artıq bizə işləmədiyini etiraf etmək istəmirdik. Biz özünü öz boşqabında hiss etmək duyğusunu strateji düşüncə ilə qarışdırmışdıq. Bizim problemimiz – danılmaz faktlara yox, xəyallara söykənən siyasi mədəniyyətimizdir: strategiya hazırlamaq üsulumuz da budur. Biz siyasi strategiyamızı öz arzularımız, bizə xoş olan şeylər əsasında qururuq, bizi əhatə edən reallığı yaradan sadə faktları nəzərə almırıq”.

Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan o qədər azğınlaşmışdı ki, onlar nəinki Dağlıq Qarabağı, ətraf  7 rayondan heç birini qaytarmaq istəmirdilər. Hansı ki, Ermənistanın resursları buna adekvat deyildi. Bir neçə dəfə danışıqların həlledici mərhələsində prosesi pozdular. Aşırı maksimalizm erməniləri faciəyə sürüklədi.

Əldə etdikləri fürsəti itirdilər

"Business News" nəşrinin redaktoru Eduard Nağdalyan Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərini təhlil etdiyi "Gələcəyin partlayış zamanlayıcısı" adlı bir məqalə dərc edib. Bu materialın Ermənistan siyasi rəhbərliyi tərəfindən on illərdir öz xalqını aqressiv ritorika və qonşu dövlətin ərazisindəki iddiaları ilə zəhərləyən ölümcül səhvləri ilə əlaqədar toxunduğu faktlar baxımından maraqlıdır. Material, eyni zamanda, erməni siyasi quruluşunun beynəlxalq hüquq normalarına və vasitəçilərin münaqişəni həll etmək səylərinə açıq şəkildə hörmətsiz münasibətini müəllifin təhlili ilə də diqqət çəkir. Müəllif yazısında qeyd edir ki, 1994-cü ildə ən vacib şeyi başa düşmədik: “Bu bazarlıq üçün çox az vaxtımız olduğunu başa düşmədik. Niyə? Birincisi, bazarlığın mümkün qədər tez, hərbi uğurun ən yüksək nöqtəsində olması Ermənistan və “Artsax”ın mənafeyinə uyğundur. Bu, Artsax üçün maksimum dividend təmin etdi.

İkincisi, bazarlığın uzanmasının və ərazilərin geri qaytarılmasının təxirə salınmasının Ermənistanı qonşu bir dövlətin ərazi bütövlüyünə qəsd edən işğalçı bir ölkəyə çevirməsinin son dərəcə ciddi təhlükəsini başa düşmədik. Dünya birmənalı şəkildə və heç bir halda bununla razılaşmazdı, əslində, bütün bu 25 il ərzində müşahidə etdik. Nəticədə mümkün olan ən pis yolu seçdik - status-kvonu qorumaq üçün bədnam variant, yəni məsələnin son həllindən və Azərbaycan ərazilərinin işğal rejimini qoruyaraq, bir sülh müqaviləsi imzalamaqdan imtina etdik. Bu, Ermənistanın faciəli xarici siyasət səhvi idi”.

Göründüyü kimi, erməni siyasi elitası bu ölkənin böyük səhvlərə yol verdiyinin fərqindədir. Onların ümumi fikrindən belə məlum olur ki, Ermənistan qonşu dövlətlərlə normal əlaqələr qurmadan bu ölkənin gələcəyi yoxdur. Bunun üçün isə ermənilər, birinci növbədə, xəstə ideologiyalarından əl çəkib, təcavüzkarlıq siyasətinə son qoymalıdırlar.

Aşırı maksimalizm onları uçuruma yuvarladı

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, əslində, ermənilər bu xəstə düşüncələri ilə özlərinə gor qazdılar: “1994-cü ildə Ermənistan döyüşü uddu. Baxmayaraq ki, Azərbaycan Ermənistana yox, onların arxasında dayanan güclərə uduzdu. Bu öz yerində. Döyüşü udan Ermənistanın o vaxtki prezidenti Levon Ter-Petrosyan təklif etdi ki, gəlin Qarabağa ən yüksək status müqabilində ətraf 7 rayonu qaytaraq. 1997-ci ildə Petrosyan mərhələli sülh variantına razılaşdı. Dedi ki, bu gün biz bu şərtlərlə razılaşmasaq, sabah buna görə Azərbaycana yalvaracağıq. Ancaq o zaman Azərbaycan bizim şərtimizlə razılaşmayacaq. Ermənilər nə etdilər? Maksimalist mövqedən çıxış edərək, 1998-ci ildə Petrosyanı devirdilər. Qarabağdaki quldurları “qəhrəman” hesab edib, hakimiyyətə gətirdilər. Nəticədə Ermənistan işğal etdiyi əraziləri hüquqi baxımdan özünə birləşdirə bilmədi, bütün böyük layihələrdən kənarda qaldı və ən nəhayət, Azərbaycanın hərb yolu ilə ərazilərini azad etməsinə zəmin yaratdılar. “Çox istəyən, azdan da oldu” məsəlində deyildiyi kimi, Ermənistan hər şeydən məhrum oldu”.

Siyasi ekspert hesab edir ki, Ermənistan hakimiyyəti, cəmiyyəti, elitası bütün bunlardan düzgün nəticə çıxaracaqsa, o zaman ölkə olaraq dünyanın siyasi xəritəsində qalacaq. Yoxsa bundan da pis günə düşəcəklər.

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ