Bazar günü günü, 29 noyabr 2026
     

Rusiya Abxaziya və Cənubi Osetiyada "Qarabağ üçün qorxulu presedent" hazırlayır

Image


Məlumat verildiyi kimi, bir müddət əvvəl Moskva ilə separatçı Abxaziya rejimi arasında geniş inteqrasiya və birgə ordunun yaradılması haqqında müqavilə bağlanıb. Müqavilə əsasında Abxaziyanın Avrasiya İqtisadi Birliyinin ümumi hüquqi, hərbi, gömrük məkanına daxil edilməsi də baş tutacaq. Birgə ordunun yaradılması prosesi isə Abxaziyaya əlavə rus qoşunlarının yeridilməsinə gətirib çıxaracaq. Bununla Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsi daha müşkül məsələyə çevrilir.
Ekspertlər bildirir ki, baş verənlər Rusiyanın separatçılıq kartından istifadədə hələ uzun müddət maraqlı olduğunu göstərir. İndi isə, yayılan məlumata əsasən, Kreml inteqrasiya və birgə ordunun yaradılması haqqında müqaviləni bu dəfə Cənubi Osetiya ilə bağlamağa hazırlaşır. Cənubi Osetiyanın "prezident administrasiyasının başçısı" Boris Çoçiyev bildirib ki, müvafiq sənəd hazırlanır və bu sənəd ilk növbədə hərbi sahədə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmalıdır. Onun sözlərinə görə, Cənubi Osetiya üçün təhlükəsizlik məsələsi həyati əhəmiyyətlidir və yeni sənədin imzalanması "dövlət"in təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Beləliklə, Kremlin dəstəyi ilə separatçı rejimlərin müqavimət gücü artır.
İstisna olunmur ki, Rusiya analoji müqavilələri Molodvadakı separatçı rejimlərlə də imzalasın. Çünki Rusiyanın maraqlarına zidd olaraq bir həftə əvvəl Avropa Parlamenti Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya edib. Avropa Parlamentinin 529 deputatı Moldova ilə assosiasiya sazişinin ratifikasiyasını dəstəkləyib. Moldova parlamenti Avropa İttifaqı ilə assosiasiya sazişini iyulun 2-də ratifikasiya edib. Parlamentin 40 faizinə nəzarət edən kommunistlər, sosialistlər və Dirçəliş Partiyasının deputatları sazişin əleyhinə səs veriblər. Xatırladaq ki, Avropa İttifaqı ilə assosiasiya sazişi iyunun 27-si Brüsseldə imzalanıb. Həmin gün Gürcüstan və Ukrayna da assosiasiya sazişinə qoşulub. Bu isə Rusiya tərəfindən xoş qarşılanmır. Qeyd olunduğu kimi, Rusiya artıq Gürcüstandakı separatçı rejimlərlə təhlükəli oyunlara start verib və növbənin bu dəfə Molodovaya çatması gözlənir. Moldova prezidenti Nikola Timofti isə qeyd edir ki, artıq ölkədə dağıdıcı qüvvələr təbliğat apararaq Moldovanı parçalamağa çalışır. Lakin o, ölkənin hüquq-mühafizə orqanlarının normal rejimdə çalışdığını və hər cür təxribatları önləməyə hazır olduqlarını deyib: "Moldovada dövləti bölmə meylləri müşahidə edilir. Bunu ölkənin fərqli bölgələrində keçirilən qanunsuz referendumlar və ölkəyə qanunsuz yolla girməyə çalışan insanların həbsi də təsdiqləyir". Nikola Timofti, həmçinin, Rusiyanın 1990-cı illərdə Dnestryanı bölgədə sabitliyi pozmaq üçün istifadə etdiyi metoddan hazırda Ukraynanın şərqində faydalandığını bildirib. Qeyd edək ki, Moldovanın Rusiya tərəfdarı olan Dnestryanı bu ilin aprelində rəsmi Moskvadan müstəqilliyinin tanınmasını tələb edib. Lakin Kreml buna cavab verməyib. Buna rəğmən, Avropa Parlamenti Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişini ratifikasiya etməsindən sonra Dnestryanıya Moskva tərəfindən müsbət cavab verilməsi istisna deyil. Eyni zamanda, Qaqauziyaya münasibətdə də analoji mövqenin sərgilənməsi tam gözləniləndir. Bundan əvvəl də Qaqauziya Muxtar Respublikasında dəfələrlə Moldovanın Avropa İttifaqı ilə imzaladığı assosiativ sazişə qarşı mitinq keçirilib. Dnestryanı bölgədə olduğu kimi, Qaqauz muxtariyyətində də Rusiya özünü yerli əhalinin xilaskarı kimi təqdim edir. Xatırladaq ki, SSRİ dağılan vaxt, digər muxtar subyektlər və müttəfiq respublikalar kimi, Qaqauziya da müstəqilliyini elan etmişdi. O vaxt Moldova buna görə bölgəyə xüsusi təyinatlılarını göndərərək, Qaqauziyadakı müstəqillik hərəkatına rəhbərlik edənləri cəzalandırmaq istəmişdi. Ancaq qaqauzların yardımına gələn Rusiya hərbçiləri və Dnestryanı qurumdan olan könüllülər buna imkan vermədi. Qaqauziya ilə Moldova arasında bu problem yalnız Kişinyovun bölgənin muxtariyyətini tanıyacağı barədə 1992-ci ildə Komrat ilə anlaşma imzalamasından sonra qalxdı. O vaxt Qaqauziya parlamenti müstəqillik elan edilməsi barədə aktı müvəqqəti dondurduğunu bəyan etdi. Lakin bu anlaşmadan 22 il ötməsinə baxmayaraq, Moldova parlamenti sənədi ratifikasiya etməyib. Bu isə Qaqauziyanı daha çox Rusiyadan dəstək istəməyə vadar edib.
Bununla yanaşı, bu günlərdə Moldovadakı Rus İcmasının rəhbəri Valeri Klimenko şok açıqlamalarla çıxış edib. O, Rusiyanın tərkibinə qatılmaq niyyətlərini bəyan edib: "Moldovadakı parlament seçkilərindən sonra biz Moldovanın Rusiyanın tərkibinə qayıtması üçün referendum keçirməyə çalışacağıq". Valeri Klimenko Moldovada əhalinin əksəriyyətinin ölkənin Rusiyaya tabe olmasının tərəfdarı olduğunu deyib: "Bu, Moldovanın Rusiyanın tabeliyinə girməsi kimi qəbul edilməməlidir. Bu qayıdışdır. Çünki Moldova 200 il bizimlə birgə olub. Rumıniyanın tərkibinə daxil olsaq, hamımızı rumın deyib assimilyasiya edəcəklər. Rusiyanın tabeliyində isə Moldova Tatarıstan kimi hər şeyini qoruyacaq". Hələlik isə Rusiya Moldovada noyabrın 30-da keçiriləcək parlament seçkilərinə təsir edib kommunistlərin hakimiyyətə qayıtmasına çalışacaq. Çünki kommunistlərin hakimiyyətə qayıtması Rusiyaya Moldovanı nəzarətdə saxlamaq imkanı verir. Bu olmasa, separatçılıq kartından istifadə əsas vasitə olacaq.
Qeyd edək ki, analitiklər Rusiyanın uydurma "DQR" ilə də Abxaziya və Cənubi Osetiya ilə olduğu kimi saziş bağlaya biləcəyini hansısa gələcək üçün mümkün hesab edir. Azərbaycanın hazırkı dövlət siyasəti bu təhlükənin qarşısını uğurla alsa da, təhlükə ocağı sönməyib...




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı sensasion iddia...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ