Bazar günü günü, 29 noyabr 2026
     

Qərb və Rusiya müharibənin bir addımlığında...

Image


Rusiya Ukrayna sərhədi yaxınlığında qırıcı aviabaza yerləşdirib

Şimal qonşumuzla dünyanın ən güclü hərbi təşkilatı sayılan NATO arasında getdikcə daha gərgin vəziyyət yaranır. Bu fonda Rusiya və NATO-ya üzv ölkələr arasında qarşılıqlı hədələrin də sayı artır. Proseslər göstərir ki, NATO Rusiyanın Ukraynada istədiyi formada hərəkət etməsinə daha dözmək niyyətində deyil. Belə bir vaxtda NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ərazisində və Rusiya-Ukrayna sərhədində Rusiya tərəfindən hərbi fəaliyyətin genişləndiyinin müşahidə edildiyini bildirib və rəsmi Moskvanı dərhal geri çəkilməyə çağırıb:
"NATO və digər mənbələrin məlumatları Ukrayna ərazisində hərbi fəaliyyətin genişlənməsinə işarə edir. Bu, ciddi şəkildə qoşunların toplanmasıdır. Biz Rusiyanı qoşunlarını geri çəkməyə və münaqişənin sülh yolu ilə həllinə yardımçı olmağa çağırırıq". Lakin Rusiya da geri çəkilməyi düşünmür. Hətta məlum olub ki, Ukrayna sərhədindən 50 kilometr aralıda Rusiya qırıcı aviasiya yerləşdirib. "Şahin" təyyarə bazasından aviaqrupun yüklərinin Millerovo aerodromuna göndərilməsi haqqında Rusiya komandirinin 4 noyabr tarixli xidməti məktubu da dərc edilib. Rusiya qırıcıları bu mövqedən Luqanskın hava məkanını nəzarətdə saxlaya bilir.
O da məlum olub ki, Millerovoya göndərilən yük Ukrayna hava məkanı üzərində nəzarət mərkəzinin yaradılmasına hazırlıq üçün nəzərdə tutulan avadanlıqlardan ibarətdir.
Bundan əlavə, Rusiya Donbas hövzəsində hərbi texnikasının sayını artırıb. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebiynisin sözlərinə görə, 15-17 noyabr tarixlərində Ukrayna ərazisinə daha 100 hərbi texnika daxil olub. Luqansk vilayətinin İzvarino və Donetsk vilayətinin Novoazovsk sərhəd keçid məntəqələrindən keçən hərbi texnikaya tanklar, zirehli avtomobillər, reaktiv yaylım atəş sistemləri və ağır artilleriya daxildir. Bununla da Rusiya separatçılarla birlikdə taktiki-zərbə qruplaşmalarını formalaşdırır. Kremli narahat edən daha bir məqam Ukraynanın NATO-ya mümkün üzvlüyüdür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BBC-yə müsahibəsində bu məsələyə xüsusi toxunub: "Rusiyaya yüzfaizli zəmanət lazımdır ki, NATO-nun heç bir ölkəsi Ukraynanın ittifaqa üzvlüyünü düşünmür". Onun sözlərinə görə, ittifaqın güclərinin Rusiya sərhədlərinə tədricən yaxınlaşması Moskvanı narahat etməyə və əlavə ehtiyat tədbirləri görməyə məcbur etdi: "Biz eşitmək istəyirik ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasına son qoyacaq. NATO güclər balansını pozmaq cəhdlərinə son verəcək. Amma təəssüf ki, biz bu sözləri eşitmirik".
Belə vəziyyətdə Almaniya kansleri Angela Merkel Qərbi Rusiya ilə qarşıdurmada daha qətiyyətli olmağa çağırıb. Merkel qarşıdurmanın uzun sürəcəyini istisna etməyib. Onun sözlərinə görə, bu mübarizədə Rusiya qalib ola bilməyəcək: "Krımın Rusiyaya birləşdirilməsi Avropa dinc düzənini sual altına qoyub. Ondan sonra isə Kreml Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdən ötrü öz təsirindən istifadə eləməkdə davam edib. Kimin ağlına gələrdi ki, Berlin divarı uçurulandan 25 il sonra, "soyuq müharibə" bitəndən, Avropanın və dünyanın parçalanmasına və dünyanın iki qütbə bölünməsinə son veriləndən sonra belə bir şey Avropanın ürəyində yaşana bilər?!".Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond da Kremli hədələyib: "Rusiya Minsk müqaviləsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər ona təzyiqləri davam etdirəcəyik". O, Moskvanın taleyinin özündən asılı olduğunu bildirib.
Beləliklə, real vəziyyət Rusiya ilə Qərb arasında münasibətin daha da kəskinləşəcəyini göstərir. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer qeyd edir ki, bu durumda Yer kürəsində artan xaosa qarşı yeni dünya nizamı qurulmalıdır: "Yeni dünya nizamının qurulması uzun və çətin olacaq. Dünyada ümumi qəbul edilmiş qaydalar yoxdur. Hazırda yalnız Çin baxışı, İslam təsəvvürü, Qərb obrazı və Rusiya nöqteyi-nəzəri var. Bunların heç də hamısı hər zaman üst-üstə düşmür. Rusiya beynəlxalq münasibətlər sistemində hər zaman mühüm rol oynayıb. O, İranın nüvə məsələsində, Suriya amilində həmişə vasitəçi olub". Xatırladaq ki, hazırda baş verənlərə görə Rusiya prezidenti Vladimir Putin ABŞ-ı sərt tənqid edib. Putin bəyan edib ki, ABŞ heç vaxt Rusiyanı özünə tabe edə bilməyəcək: "Onlar bizi alçatmaq yox, sadəcə özlərinə tabe etmək istəyirlər. Bizim hesabımıza problemlərini həll etməyə çalışırlar. Bizi özlərinə tabe edərək Rusiyanı öz təsir dairələrinə salmağa çalışırlar. ABŞ tarix boyu bunu etmək istəyib, amma alınmayıb. Biz təslim olmayacağıq". Prezident bildirib ki, ABŞ-ın bu istiqamətdə yürütdüyü siyasət yenə də uğursuzluğa düçar olacaq.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama, rəsmi Moskva Ukrayna ilə bağlı siyasətini dəyişməzsə, Rusiyanın dünyadan təcrid olunacağını bir daha bəyan edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı sensasion iddia...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ