Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-dan neftin qiyməti ilə bağlı qorxulu proqnoz...

Image


Dünya iqtisadiyyatında getdikcə daha təhlükəli vəziyyətin yaranması artıq beynəlxalq qurumlar tərəfindən də açıq etiraf olunur. Bu gedişlə dünya ölkələrini daha ciddi böhran gözləməsi də edilən xəbərdarlıqlar sırasında yer alır. Artıq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı dünya ticarəti üçün pessimist şərhlə çıxış edib. İki təşkilatın ortaq apardığı araşdırmada dünya ticarətindəki böyümənin artıq zirvəyə çatdığı bildirilib və bundan sonra tənəzzül gözlənir.
Ticarətdəki yavaşlamanın əsasən Çinli istehsalçıların daxili bazara yönəlməsindən qaynaqlandığı da qeyd edilir.
Digər reytinq təşkilatı olan "Standart & Poor’s" isə Avropanın 2008-dən bu yana üçüncü dəfə böhrana girmə təhlükəsi ilə qarşı-qarşıya olduğu xəbərdarlığını edib. Qurumun Avropa, Orta Şərq və Afrika bölgəsi üzrə baş iqtisadçısı Жan-Mişel Siks bölgədə durğunluq risqlərinin artdığını etiraf edib. Xatırladaq ki, Avropa son beş ildə iki dəfə böyük iqtisadi durğunluq yaşayıb. İlk durğunluq 2009-da özünü göstərib, ikincisi isə 2012-2013 illər arasında reallaşıb. İndi isə növbəti böhran istisna olunmur. Yeri gəlmişkən qeyd edək ki, Avropada Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya da ağır günlər keçirir. İtaliya iqtisadiyyatı 4 ildir geriləyir. İtaliyanın ümumi daxili məhsulu 2014-cü ilin üçüncü rübündə 0.1% azalıb. Ölkə iqtisadiyyatı ikinci rübdə 0.2% geriləmişdi.
Avro bölgəsinin üçüncü böyük iqtisadiyyatı olan İtaliyada ümumi daxili məhsul son 13 rübün 11-də geriləyib. Ölkədə işsizlik nisbəti rekord yüksək səviyyədədir. Ölkənin 2 trilyon avro və ya 2,5 trilyon dollar dövlət borcu var. Qeyd edək ki, İtaliya uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu ilin 10 ayı ərzində Azərbaycandan İtaliyaya 4, 37 milyard dollarlıq mal göndərilib ki, bu da ixracın təxminən 23%-nə bərabərdir. Lakin indi İtaliyada vəziyyət pisləşir.
Tanınmış amerikalı sərmayəçi Cim Rocers vəziyyətin pisləşməsində neft amilinin də mühüm rol oynadığını qeyd edir. Onun sözlərinə görə, neft qiymətləri enerji gəlirlərinə ehtiyac duyan Rusiya və İranı cəzalandırmaq üçün qəsdən aşağı salınıb. O, "Brent" markalı neftin 115,6 dollar səviyyəsindən təxminən 40 dollar dəyərdən düşərək 76.7 dollara qədər geriləməsinin təsadüfi olmadığını, ABŞ və Səudiyyə Ərəbistanının Rusiya və İran üzərində təzyiq yaratmaq üçün qiymətləri aşağıya saldığını söyləyib: "ABŞ və Səudiyyə Ərəbistanı Rusiya və İrana təzyiq etməyə çalışır. Bu bəzilərini, xüsusilə Rusiya və İranı cəzalandırmaq üçün hazırlanmış süni bir oyundur. Bu şəkildə istədiklərini etdirə biləcəklərini düşünürlər". Rublun ABŞ dolları qarşısında sürətlə dəyər itirməsinə, Ukraynada artan geosiyasi gərginliyə və sərmayə mühitinin mənfi şəkildə təsir görməsinə qarşı Rusiyanın hələ də cazibədar bir bazar olduğunu qeyd edən ekspert Rusiyanın ən böyük fosfat əsaslı gübrə istehsalçılarından "Phosagro"nun səhmlərindən bir qismini satın aldığını bildirib: "Hazırda Rusiya şirkətlərinin səhmlərini satın alıram. Yaponiya və Çin kimi təzyiq altında olan bazarlardan səhm alıram. Məsələn, Rusiyanın qabaqcıl şirkətlərindən biri olan "Phosagro"dan keçən həftə səhm aldım. Hazırda bu şirkətin idarə heyətindəyəm. Rusiya ilə əlaqədar son dərəcə optimistəm". Bununla belə o, qlobal maliyyə böhranının başlamasından bu yana keçən 6 ildə lazımi addımların atılmadığını vurğulayaraq, qlobal iqtisadiyyatda önümüzdəki dövrdə yeni bir maliyyə böhranının yaşana biləcəyi proqnozunu verib: "Ola biləcək bir maliyyə böhranı bəlkə 2015-ci ilin sonunda olmayacaq. Lakin nəticə də ortadadır, çoxdan gecikmiş yeni bir maliyyə böhranı var. 2015-ci ildə, ya da 2016-cı ildə bunu bir şəkildə yaşayacağıq. Çünki hələ də çox böyük miqdarda borc var".
ABŞ-ın Energetika Nazirliyi yanında enerji informasiya agentliyinin rəhbəri Adam Seminitski də neftlə bağlı xoş olmayan fikirlər səsləndirib: "Neftin qiyməti 50 dollara qədər düşə bilər". Onun sözlərinə görə, belə qiymət mümkün olan həddir. Lakin o, qiymətin dəqiq necə olacağını deyə bilməyib: "Buna İraqda, Liviyada və başqa ölkələrdəki münaqişələr mane olur". Agentlik rəhbəri bildirib ki, analitiklərin əksəriyyətinin proqnozlarına görə, 2015-ci ilin ortalarında WTI markalı neftin qiyməti bir barrel üçün 62 dollara düşəcək. A.Seminitskinin fikrincə, neftin qiymətinin 60 dollara düşməsi nəticəsində ABŞ-da şist neft istehsalı dayana bilər. Bu mənada neftin ucuzlaşması ABŞ-ın özündə də böhrana yol açmaq iqtidarındadır. Təbii ki, bütün bunlar Azərbaycanı da yaxından maraqlandırır. Lakin maliyyə naziri Samir Şərifov qeyd edir ki, neftin qiymətinin bir barrelə görə 60 dollar olması belə, dövlət büdcəsinə problem yaratmayacaq. Nazirin sözlərinə görə, neftin qiymətinin bir barrelə görə 60 dollaradək azalması Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinə problem yaratmayacaq: "Son üç ayda neftin qiymətinin 20% azalmasına baxmayaraq, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsi üçün problem yoxdur. Qiymətlərin gələcək azalması xərclərin maliyyələşdirilməsinə ciddi əngəl törətməyəcək. Neftin qiymətinin azalması müvəqqəti xarakter daşıyır və qiymətlərin aşağı səviyyədə uzun müddət qalması üçün əsaslar azdır". Bildirək ki, dövlət büdcəsi layihəsində neftin qiyməti bir barrelə görə 90 dollardan hesablanıb. Bu da dünya bazarında neftin indiki orta qiymətindən 12 dollar çoxdur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı sensasion iddia...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ