Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra yarımadada 21 Krım tatarı naməlum şəkildə qaçırılıb. Baki-xeber.com xəbər verir ki bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin sözçüsü Andrey Lısenko məlumat verib.
Lısenko bildirib ki, Krımın ilhaqından bu yana 21 Krım tatarı qaçırılıb: "Təəssüf ki, sözügedən insanların bir qisimi həyatını itirdi".
Ayrıca Lısenko, Krım tatarlarının qaçırılması ilə bağlı faktların toplanaraq beynəlxalq təşkilatlara göndəriləcəyini qeyd etdi.