Bazar günü günü, 29 noyabr 2026
     

Müsavat növbədənkənar qurultay çağıra bilər

Image


Son istefalarla partiyada narazılıq pik həddə çatıb

Səxavət Əlisoy: "Hacılı bilməlidir ki, yalnız kişilər kişi kimi qərar vermək iqtidarındadır"

Məlum olduğu kimi, noyabrın 17-də Müsavat Partiyası Divanının iclası keçirilib. Divanın iclası barədə Müsavatın yaydığı rəsmi məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı partiya üzvləri Əlövsət Talışxanlı və Səxavət Əlisoyun partiyanın nizamnamə və proqramına zidd davranışları müzakirə edilib:
"Hər iki partiya üzvünün partiyanın qurultayı, Məclisi, Divanı və digər rəhbər strukturlarının qəbul etdiyi qərarları tanımadıqları, partiyanın nizamnaməsinə zidd davranışları barədə dəfələrlə təkrar olunan konkret faktlar barədə məlumat dinlənib.
Partiya üzvlərinin Divanın 17 noyabr iclasına gəlməkdən imtina etdikləri qeyd edilib.
Səxavət Əlisoy Müsavat Partiyasının nüfuzuna xələl gətirən fəaliyyəti, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan irəli sürdüyü ittihamlar, partiya strukturlarını tanımadığı barədə verdiyi bəyanatlar, Müsavat Partiyası nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərini kobud şəkildə pozduğu nəzərə alınaraq Müsavat Partiyasının sıralarından xaric edilib.
Əlövsət Talışxanlının fəaliyyəti də Səxavət Əlisoyun fəaliyyəti ilə eynilik təşkil etsə də, partiyada əvvəlki fəaliyyətləri nəzərə alınmaqla ona partiya nizamnaməsinə zidd fəaliyyəti durdurmaq barədə son xəbərdarlıq edilməklə töhmət verilib".
Qeyd edək ki, partiya Divanının bu qərarı Müsavatda gözərən ocağı bir qədər də alovlandırıb. Gözlənilmədən Müsavatın yaradıcılarından olan Hikmət Hacızadə də qurumun daxilində antidemokratik qərarların qəbul edildiyini əsas gətirərək istefa verdiyini bəyan edib. Ardınca Divanda xəbərdarlıq edilən Əlövsət Talışxanlı da partiyadan istefa verib.
Artıq bu istefaların dalğasında Müsavatın tam parçalanacağı və yeni bir partiyanın yaranacağı haqda anonslar verilir. Məsələyə hakim Yeni Azərbaycan Partiyasının funksioneri Siyavuş Novruzovun münasibəti maraqlı olub. O, açıqlamasında bildirib ki, Səxavət Əlisoyun Müsavatdan çıxarılması onu göstərir ki, orada repressiya gedir":Çünki Səxavət Əlisoy seçkilərin saxtalaşdırıldığını, qurultayın düzgün keçirilmədiyini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və Divanın düzgün seçilmədiyini dəfələrlə bəyan edib. Bu günsə öz fikrini, demokratik düşüncəsini səsləndirdiyinə görə partiyadan çıxarıldı".
Millət vəkilinin sözlərinə görə, S.Əlisoy sadəcə tələb edib ki, Müsavat Partiyasının nizamnaməsinin tələbləri yerinə yetirilsin və fakt ortaya qoyub ki, partiya nizamnaməsinin tələbləri kobud şəkildə pozulub, seçkilər saxtalaşdırılıb: "O tələb edir ki, demokratik qaydada qurultay keçirilsin. Çünki bir qrup tərəfindən Müsavat Partiyası monopoliyadadır. Ömrü boyu yalandan demokratiyadan, fikir plüralizmindən danışanlar, Azərbaycanda keçirilən seçkiləri saxtalıqda ittiham edənlər bu gün özləri hansı vəziyyətdə olmalarını ortaya qoydular. Partiya rəhbərliyinə seçkilərdə hətta ən iyrənc saxtakarlığa əl atırlar. Demək olar ki, Müsavatda tanınmış simaların əksəriyyəti bu məsələ ilə əlaqədar ya partiyanı tərk edib, ya da azad fikirlərinə görə partiyadan çıxarılır".
YAP rəsmisi Qubad İbadoğlu və Səxavət Əlisoyun Azərbaycan iqtidarı tərəfindən idarə olunması ittihamlarına da cavab verib: "İstər yerli təşkilat sədrləri, istər partiya gənclər təşkilatının sədri, istər ayrı-ayrı şəxslər, məsələn, Nəsib Nəsibli, Hikmət Hacızadə və Müsavatın əksər qurucuları son qurultayın seçiminə etirazını bildirib. Bunun iqtidara nə dəxli var axı? Buna etiraz edənlər sadəcə deyirlər ki, azad və ədalətli seçki keçirilsin"
S.Novruzov Müsavatın gələcəyi ilə bağlı qənaətini də açıqlayıb: "Ya təkrar qurultay keçirilməlidir, ya da yeni bir Müsavat Partiyası yaranacaq"
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu partiyanın qəbul etdiyi qərarları represiya adlandırıb: "Müsavat Partiyasının hazırkı durumu buna bənzəyir. Partiyanın rəhbərliyi fikir müxtəlifliyinə dözümsüz yanaşır və rəqiblərini cəzalandırmaq kursuna keçib. Müsavat Divanının bu kursun icraçısına çevrilməsinə də təəssüflənirəm. Amma bu cür qərarlarla müsavatçıları susdurmaq mümkün deyil. Müsavatçılara qarşı belə aqressiv münasibət partiya rəhbərliyinin zəifliyini göstərir".
Quba İbadoğlu vurğulayır ki, partiya rəhbərliyinin verdiyi qərarlar gərginliyi artırır və rəhbərliyə olan etimadı daha da azaldır: "Vəziyyət belə davam etsə, biz növbədənkənar qurultay çağıra bilərik. Növbədənkənar qurultayın çağırılması Müsavat Partiyasının nizamnamə normalarından biridir".
Partiyadan xaric edilən Səxavət Əlisoy isə qəzetimizə açıqlamasında bildirdi ki, Arif Hacılının bu məsələdə də planı alınmadı: "Onlar "ağsaçlının" məsləhətilə məni partiyadan xaric edib, Talışxanlıya töhmət verib digərlərini qorxutmaq istəyirdilər. Sonra da Vurğun Əyyubla Qubad İbadoğlu cəzalandırılmalıydı. Lakin gözləmədikləri halda Hikmət Hacızadə, Əlövsət Talışxanlı istefa verdi. Hacılı bilməlidir ki, yalnız kişilər kişi kimi qərar vermək iqtidarındadır".
Qeyd edək ki, Müsavatın nizamnaməsinə görə, partiyanın ali orqanı onun qurultayıdır. Qurultaylar 4 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultaylar Divanın və ya rayon (şəhər) təşkilatlarının 1/5-nin, yaxud Məclis üzvlərinin 1/3-nin və ya MNTK-nın, ya da partiya başqanının təşəbbüsü ilə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır. Məclisin fövqəladə qurultay çağırmaq səlahiyyəti var. Fövqəladə qurultay 1 ay ərzində partiyanın son qurultayı nümayəndələrindən ibarət tərkibdə çağırılır.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ