30/11/2020 00:34
728 x 90

Çernobıl əlilinin Prezident Əliyevə sözü – Bir kəşfiyyatçı kimi...

img

“Mübarək bayrağım, Vətənimizn ərazi bütövlüyü, torpağımın hər qarışı uşaqlığımdan amalım, sevgim olmuşdur. Gənclik illərində könüllü olaraq Çernobıl iştirakçısı oldum. 1990-cı illərin əvvəllərində isə canımdan, həyatımdan əziz Vətənimə, torpağıma göz tikən azğın erməni vəhşilərinə qarşı könüllü olaraq döyüşlərə yollandım. Bir kəşfiyyatçı kimi ağır döyüşlərdən keçdim. İndi, Sizin komandanlığınız altında Vətənimin işğal olunmuş torpaqlarının azad olunması üçün gedən ağır döyüşləri görürəm və mən də təcrübəli döyüşçü kimi həmin döyüşlərdə iştirak etmək istəyirəm.

 

Müzəffər Ali Baş Komandan, mənə etimad göstərilirsə, bu eitmadı doğruldacağıma əmin ola bilərsiniz. Vətən torpaqlarının azadlığı üçün ön cəbhədə olmaq mənə böyük şərəf olardı”.

Bunu, Qaradağ rayonunun Qobustan qəsəbəsindən II qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteranı, məhkum Mehman Muradov Prezident İlham Əliyevə müraciətində vurğulayıb.

Baki-xeber.com

Son xəbərlər