30/11/2020 00:19
728 x 90

“Həştərxan İş Mərkəzi”ndən Prezident İlham Əliyevə müraciət – 200 illik tariximizdə heç kimə xas olmayan xilaskarlıq missiyanız...

img

“Bu il sentyabr ayının 27-dən etibarən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarına cavab olaraq rəşadətli Milli Ordumuzun azğın düşmənə endirdiyi sarsıdıcı zərbələr, torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi qəlbimizi sonsuz qürur və inam hissi ilə doldurmuşdur.

Müqəddəs Vətən Müharibəsində Sizin fövqəladə zəhmətiniz, titanik siyasi-diplomatik fəaliyyətiniz, müdrik rəhbərliyiniz, əzmkar və qətiyyətli sərkərdəlik istedadınız sayəsində qazandığımız möhtəşəm zəfərlərlə Siz Azərbaycanın 200 illik tarixində heç bir siyasi liderə müyəssər olmayan xilaskarlıq missiyasını yerinə yetirdiniz, bununla da milli dövlətçilik tariximizə, qədirbilən xalqımızın qəlbinə şərəfli adınızı qızıl hərflərlə həkk edirsiniz. Bu milli qürur və ləyaqət hissini, qələbə sevincini bizə yaşatdığınız üçün Sizə minnətdarıq, böyük Liderimiz, müzəffər Ali Baş Komandanımız. Millətimiz və gələcəyimiz naminə Tanrı Sizi qorusun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

Bu fikirlər “Həştərxan İş Mərkəzi” MMC-nin kollektivi tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə əks olunub.

Baki-xeber.com

Son xəbərlər