29/11/2020 23:09
728 x 90

Sizə, millətin böyük oğluna… İran vətəndaşı Ərəbi Seyed Prezident İlham Əliyevə yazdı…

img

“Bu gün mən də özümə borc bildim ki, Vətənimizin bu həssas dövründə Sizə, millətin böyük oğluna və böyük sərkərdəsinə torpaqların namərd düşməndən azad olunması münasibəti ilə təbriklərimi və təşəkkürlərimi çatdırım.

Mən 30 ilə yaxın bir müddətdir ki, Bakıda ailə qurub və buranın sakini olmuşam. Çox fəxarətlə mərhum ulu öndərimiz Heydər Əliyevin söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözünü başucalığı ilə söyləyə bilməyim üçün Sizə və Sizin komandanlığınız altında olan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinə təşəkkürlərimi bildirməklə yanaşı, demək istəyirəm ki, mən və ailəm Azərbaycan uğrunda hər cür fədakarlıq etmək üçün Sizin əmrinizi gözləyirik və canımızı fəda etməyə hazırıq. Çünki Sizin Azərbaycan xalqını apardığınız yol, həm bəşəri, həm dini və eyni zamanda bütün beynəlxalq qaydalara uyğundur və çox ədalətli mövqeni təcəssüm edir”.

Bu sözləri Prezident İlham Əliyevə müraciətində Bakının Xətai rayonundan İran İslam Respublikasının vətəndaşı Ərəbi Seyed Hadi Mir Cəfər oğlu bildirib.

Baki-xeber.com

Son xəbərlər