29/11/2020 23:23
728 x 90

Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov

img

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” raketi ilə zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölən və yaralananlar var. Azərbaycan ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutub.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək.

Nazirlik rəsmisi vurğulayıb ki, Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan ordusu ilə döyüşə girməkdən imtina edir.

O bildirib ki, düşmən bölmələrində ərzaq, silah-sursat və nəqliyyat vasitələrinin çatışmazlığı var. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət, xalq və ordu birliyi sarsılmazdır və heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz.

Son xəbərlər