Cümə günü, 16 oktyabr 2026
     

Fransada obyektiv jurnalistlər üçün erməni terror təhlükəsi o həddə çatıb ki, hətta “Sərhədsiz reportyorlar” da dilə gəlməyə məcbur oldu

Image


Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Bu gün Ermənistana hərtərəfli dəstək verən Fransada obyektiv jurnalistlər terror təhlükəsi ilə üzləşirlər.

Məlum olduğu kimi, Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqidlərə, erməni təhdidlərinə məruz qalıb. İş o yerə çatıb ki, artıq “Sərhədsiz reportyorlar”ın dili “açılıb”.

“Sərhədsiz reportyorlar” TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkarın nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edir.

22 oktyabr tarixində TF 1 kanalında “saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist və böyük reportyor Liseron Budul Fransanın erməni icması tərəfindən “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajın hədəfinə çevrilib və onu “genosid törədənlərin fahişəsi” kimi qələmə veriblər. Eyni zamanda, jurnalistin telefon nömrəsi əldə edildikdən sonra “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da, həmçinin, sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.

Oktyabrın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşib.

“Sərhədsiz reportyorlar”ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF 1 -ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. “Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməni təşkilatlarının koordinasiyası şurasının həmsədri Frank Papazyanı mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq” - deyə məlum bəyanatda bildirilir.

Məlumatlara görə, “Facebook” üzərindən yayımlanan reportaj haqqında “dezinformasiyaya bənzəyir” fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq: “Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər”. Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçirib.

TF 1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün Liseron Budulun reportajını öz saytından silib.

Fransanın TF 1 kanalının əməkdaşı Liseron Budula qarşı təşkil olunan hücumların “Sərhədsiz reportyorlar” təşkilatı tərəfindən pislənməsi faktı artıq dünyanın diqqətini obyektiv jurnalistə qarşı gözlənilən erməni terror təhlükəsinə yönəldib.

Ekspertlər hesab edirlər ki, “Şarl Ebdo” nəşri ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazına məhəl qoymayaraq, demokratik azadlıqların müdafiəsinə qalxan Fransa hökumətindən analoji mövqe nümayiş etdirilməsi gözlənir. Ekspertlərin fikrincə, Fransa hökuməti erməni terrorunun qarşısının alınması istiqamətində işlər görməlidir.

Bəzi ölkələrdə, o cümlədən də Fransada erməni terror təşkilatlarının, ifrat erməni radikal dəstələrinin Dağlıq Qarabağda baş verənlərlə bağlı obyektiv mövqe nümayiş etdirən jurnalistlərə, ictimai-siyasi xadimlərə qarşı təhqir və hədə-qorxu addımları ciddi narahatlığa səbəb olur.

Bu gün erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində, o cümlədən də Fransada obyektiv yazan, obyektiv mövqe işıqlandıran jurnalistləri terrorla hədələməsinin həqiqəti deyən jurnalistləri susdurmaq məqsədi güddüyünü deyən ekspertlər hesab edirlər ki, məsələ ilə bağlı Fransa hökuməti adekvat tədbir görməlidir.

  • “Fransalı jurnalistə qarşı erməni terrorçularının beynəlxalq konvensiyalara, söz azadlığına zidd olan hədələrinin, təhdidlərinin “Sərhədsiz reportyorlar” tərəfindən pislənməsi...”

Azərbaycan Mətbuat Şurasının sədr müavini, media üzrə tanınmış ekspert Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq media təşkilatları ilə işləyir. “Əvvəllər də Azərbaycanda və Ermənistanda söz azadlığı ilə bağlı müqayisələr ediləndə görürdük ki, beynəlxalq təşkilatlar həmişə Ermənistanın tərəfini tuturlar. Çünki bunun da səbəbi var. Bu da onunla bağlıdır ki, bu təşkilatlar daim xaricdəki erməni terror təşkilatlarının təsiri altındadır. Onlar bizimlə qeyri-rəsmi görüşlərində deyirdilər ki, biz Azərbaycanın xeyrinə, Ermənistanın əleyhinə bir söz yazanda ciddi şəkildə basqılara məruz qalırıq. Onlar beynəlxalq media qurumlarına şirnikləndirici vədlər verirlər, bu alınmayanda təhdid edir, hədə-qorxu gəlirlər. Əslində, Ermənistanın özündə də daim söz azadlığı basqı altındadır. Erməni terror şəbəkəsinin təsiri altında olan ölkələrdə də Azərbaycanın xeyrinə yazan jurnalistlərə, mətbuat orqanlarına qarşı basqılar edilir. Uzun illərdir bu proses gedir. “Sərhədsiz reportyorlar”ın barəsində bəyanat yaydığı fransalı jurnalistə qarşı erməni terror təşkilatlarının hədə-qorxusu, təhdidləri də onu deməyə əsas verir ki, Fransa kimi dövlətdə də ermənilər jurnalistlərə qarşı terror əməlləri törətməyə əl atırlar. Bu baxımdan, fransalı jurnalistə qarşı erməni terrorçularının beynəlxalq konvensiyalara, söz azadlığına zidd olan hədələrinin, təhdidlərinin “Sərhədsiz reportyorlar” tərəfindən pislənməsi diqqəti çəkir. Bununla da “Sərhədsiz reportyorlar” erməni terrorunun növbəti bir jurnalisti də hədəfə aldığından narahat olduğunu göstərmək istəyir. Burada maraq doğuran bir məqam var. Fransa kimi bir dövlət öz ərazisində bu kimi halların yaşanmasına yol verməməlidir. Məsələnin kökü ondadır ki, doğrudanmı Fransa bu qədər zəif dövlətdir, bu ölkənin hüquq-mühafizə, xüsusi xidmət orqanları o qədər acizdir ki, bir televiziyanın və onun əməkdaşının təhlükəsizliyini təmin edə bilmir. Başqa bir ölkədə söz və ifadə azadlığı ilə bağlı kiçik bir problem olanda həmin dəqiqə Fransadakı qondarma söz azadlığı maşını işə düşür, dərhal bəyanatlar verilir, amma öz ölkəsində, öz ərazisində bir televiziya jurnalisti erməni terrorçuları tərəfindən təhdid olunur, ölümlə hədələnir, amma Fransa dövlətindən bir hərəkət yoxdur. Fransa dövləti bu faktla bağlı tədbir görməlidir. Amma baxaq görək, Fransa hökuməti TF 1 kanalının müdafiə olunması, jurnalistin təhlükəsizliyinin, haqqının qorunması üçün hansı addımları atıb? Burada iki məsələ ortaya çıxır. Ya Fransa dövləti çox çarəsiz, aciz durumdadır, doğrudan da erməni lobbisinin, erməni terror şəbəkəsinin girovuna çevrilib, onun təsiri altındadır və bu səbəbdən də hadisəyə reaksiya vermir. Ya da məsələ belədir ki, Fransa bu fakta ikili yanaşma sərgiləyir. Yəni Fransanın burada öz marağı var, həmin reportajda Azərbaycanın ədalətli mövqeyi, haqq işi təqdim edildiyinə görə bu ölkə jurnalistini müdafiə etməkdə maraqlı deyil”.

M.Ələsgərlinin fikrincə, işin gedişatı onu göstərir ki, Fransada hər iki hal mövcuddur. Onun sözlərinə görə, bu məsələnin kökündə həm ikili münasibət, təzad, həm də Fransanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aciz durumda olması dayanır. “Çünki bu, Fransada mətbuata qarşı baş verən birinci və sonuncu terror hadisəsi deyil. Xatırlayırsınızsa, 2015-ci ildə “Charlie Hebdo” satirik nəşrinə qarşı böyük terror aktı baş verdi və 15 nəfərə yaxın media təmsilçisi öz həyatını itirdi. Fransa hüquq-mühafizə orqanları törədiləcəyi əvvəlcədən bildirilən bu terrorun qarşısını ala bilmədilər. Bu onu göstərir ki, burada Fransanın siyasi qurumları Azərbaycan və Türkiyə ilə bağlı ədalətli fikrin, həqiqətlərin təqdim edilməsini qətiyyən istəmirlər. Ona görə də bəlkə də onlar erməni terror şəbəkəsinin bu əməllərinə göz yumurlar. Amma, bununla belə, bu hadisə bu ölkənin erməni terror şəbəkəsi qarşısında acizliyini göstərir. Bu da yüz illər boyu formalaşmış, özünə demokratik ölkə kimi ad qazanmış Fransanın imicinə zərər gətirir. Hesab edirik ki, Fransa bu barədə düşünməli və terrorçulara adekvat cavab verməlidir” - deyə M.Ələsgərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ