Cümə günü, 16 oktyabr 2026
     

Erməni lobbisi ABŞ-da yəhudiləri görünməmiş şəkildə təhqir etdi - Hitlerlə müqayisə yəhudiləri ayağa qaldırdı...

Image


Terrorçu Ermənistan dövlətinin nasizmi, faşizmi, njdeizmi real dövlət siyasətinə çevirdiyi məlumdur. Xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları da işğalçı dövlətin bütün xəstə ideyalarını yaymaq, davam etdirmək yolunu tutublar.

 

Faşist Hitlerin əlaltıları və nasizmin qulları olan Njde və digərlərinin faşistlər tərəfindən İkinci Dünya Müharibəsində yəhudi xalqına qarşı törədilən soyqırımda, kütləvi qırğınlarda xüsusi canfəşanlıq göstərdiyi məlumdur. Faşizm ideologiyasına qulluq edən erməni lobbisi Azərbaycana yaxından dəstək olan, bizim haqq-ədalət işimizi dəstəkləyən İsrail dövlətinə qarşı əsassız ittihamlar irəli sürür. Belə ki, Los Ancelesdəki erməni lobbisi İsraili nasist Almaniyası ilə eyniləşdirib.

 

Los Ancelesdə erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub.

Qeyd olunur ki, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.

M.Yevdayev Ermənistandakı antisemitizmin baş alıb getdiyini, nüfuzlu “Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən, Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən antisemit ölkə olduğunu dilə gətirir.

Müəllif bundan başqa Ermənistanın İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər bir erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini qeyd edir. Los Ancelesdə qeyd olunan aksiyanı keçirən Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) təşkilatının da vaxtilə məhz Q.Njde tərəfindən yaradıldığını diqqətə çatdırır.

M.Yevdayev, eyni zamanda, bir neçə gün öncə Ermənistanın Almaniyanın “Almaniya üçün Alternativ” (Alternative für Deutschland) partiyasının neonasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini bildirir.

M.Yevdayev Ermənistanın bütün bu qanunsuz və insanlıqdan kənar hərəkətlərinin fonunda yəhudi, müsəlman və xristianların çiyin-çiyinə birgə xidmət göstərdikləri Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalimizi qorumaq və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək yolunda inamla irəlilədiyini vurğulayır.

ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi (Simon Wiesenthal Center) Milix Yevdayevin məqaləsini öz “Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc adlandırıb və Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə ərazisində xristian və yəhudilərin hüquqlarının qorunduğunu və İsraillə yaxşı münasibətlər qurulduğunu qeyd edib.

“Xaricdəki erməni lobbisinin İsrailə qarşı əsassız ittihamlar irəli sürməsi yalnız yəhudi xalqını deyil, bizi də çox hiddətləndirir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, nasist Ermənistanın öz adını nasizmlə tarixdə heç bir əlaqəsi olmayan bir ölkəyə qoyması gülüncdür. Ermənistanın öz cinayətkar, təcavüzkar əməllərinə cəlb edə bilmədiyi bütün dövlətləri və xalqları müxtəlif üsullarla ləkələməyə cəhd göstərdiyini deyən Q.Hacıyevin sözlərinə görə, amma düşmən ölkə buna heç cür nail olmur, onun qarşısına elə faktlar çıxarılır ki, geri çəkilməyə məcbur olur. Q.Hacıyevin sözlərinə görə, İsrail dövlətinin və yəhudi xalqının, yəhudi təşkilatlarının, birmənalı olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsindən ciddi sarsıntı keçirən Ermənistanın və onun xaricdəki separatçı lobbisinin İsrail dövlətinə qarşı əsassız ittihamlar irəli sürməsi və bu dövlətə “Sizin nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarını ünvanlaması yolverilməzdir, Azərbaycan xalqı da, elm adamları da bunu narazılıqla qarşılayır. “Xaricdəki erməni lobbisinin İsrailə qarşı əsassız ittihamlar irəli sürməsi yalnız yəhudi xalqını deyil, bizi də çox hiddətləndirir. Bütün dünya bilir ki, İsrail dövlətinin, yəhudi xalqının nasizmlə, faşizmlə heç bir əlaqəsi yoxdur. İkinci Dünya Müharibəsi illərində Hitler Almaniyası, faşistlər yəhudi xalqına qarşı soyqırım törədiblər. Bu faktdır. Bu da faktdır ki, Ermənistanın “milli qəhrəman”a çevirdiyi Njde, Dro kimi faşist əlaltıları Hitler Almaniyasının yəhudi xalqına qarşı törətdiyi kütləvi qətliamlarda aktiv iştirak ediblər. Ermənilərin özləri tarixdə yəhudilərə, Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımlar törədiblər. Los Ancelesdəki erməni lobbisi tərəfindən İsrail dövlətinin, yəhudi xalqının nasistlərlə eyniləşdirilməsi qəbuledilməzdir. Ermənilər XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif yerlərində soyqırımlar törədərkən daşnakların qətlə yetirdiyi insanlar arasında milliyyətcə yəhudi olanlar da vardı. Ermənilər niyə bu cinayətlərindən danışmırlar?

Bu gün İsrail dövləti Azərbaycana dəstək verir, ölkəmiz öz pulu ilə müxtəlif dövlətlərdən, o cümlədən də İsraildən silah alır. Bəli, İsrail dövləti Ermənistana silah satmır, bəyan ediblər ki, biz Azərbaycanla müharibə aparan, Azərbaycan torpaqlarına təcavüz edən dövlətə silah satmırıq. Bu da Ermənistanı ciddi şəkildə narahat edir və bu səbəbdən İsrailə qarşı həqiqətə uyğun olmayan ittihamlar səsləndirir. Ermənilər həm də bununla onlardan imtina etmiş İranın diqqətini, dəstəyini yenidən özlərinə cəlb etmək istəyirlər ki, baxın, biz sizin tərəfinizi tutub İsrailə qarşı ittiham irəli sürmüşük, siz də bizə silah ianə edin. Dilənçi xislətli Ermənistan və erməni lobbisi öz adlarını başqasına qoymaq istəsələr də, bu heç vaxt alınmır”.

Q.Hacıyev vurğuladı ki, erməni lobbisi İsraili nasist Almaniyası ilə eyniləşdirməklə, əslində, nasizmi dövlət siyasətinə çevirən təcavüzkar Ermənistanı ifşa edib. Q.Hacıyevin sözlərinə görə, bu gün dünyada faşist, nasist Almaniyasının bütün eybəcərlikləri Ermənistan dövlətinin timsalında özünü əks etdirir: “Faşist Almaniyası haqqında heç bir təsəvvürü olmayan adamların Ermənistana baxması kifayət edər ki, onlar faşizmin, nasizmin necə olduğunu gözləri ilə görsünlər. İsrail xalqı, yəhudilər faşizmdən əziyyət çəkən xalq olub, faşizmi dəstəkləyən isə həmişə ermənilər olub. Yəhudi və Azərbaycan xalqlarının dostluq, əmin-amanlıq şəraitində çiyin-çiyinə yaşadığı bütün dünyaya məlumdur. Nəinki yəhudilərlə azərbaycanlılar, eləcə də ölkəmizdə yaşayan bütün xalqlar dinclik və əmin-amanlıq içində yaşayırlar. Bu gün Azərbaycan torpaqlarının terrorçu Ermənistanın işğalından azad edilməsi üçün ölkəmizdəki bütün xalqların nümayəndələri birləşib, onlar Vətən müharibəsində vətənimizi müdafiə edirlər. Əlbəttə, bu real faktlar da düşmən Ermənistanı ciddi narahat edir. Bu baxımdan da xaricdəki erməni lobbisinin əli ilə belə təxribatlara əl atırlar. Amma bunların heç biri fayda verməyəcək. Məsələ burasındadır ki, ermənilər tarixdə heç zaman baş verməyən, uydurduqları saxta “erməni soyqırımı” ilə yəhudilərin həqiqi soyqırımını eyniləşdirməyə cəhdlər edirlər. Bu da əsassızdır. Yəhudi xalqı faşistlər tərəfindən soyqırıma məruz qalıb, bu faktdır, amma ermənilərə qarşı heç bir soyqırım olmayıb. Ermənilər İsrailin Azərbaycana verdiyi dəstəkdən o qədər qeyzləniblər ki, hətta Ermənistanda nə vaxtsa qoyulan Holokost abidəsinin üzərini qırmızı rəngdə boyayıblar. Bu da növbəti erməni təxribatıdır. Erməni lobbisi nə qədər çalışsa da, İsraillə Azərbaycanın, yəhudi və azərbaycanlıların dostluq münasibətlərini zərrə qədər də sarsıda bilməyəcək”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ