"Hazırda Müsavat Partiyasının daxilində gedən proseslərə qarışmırıq. Baxmayaraq ki, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının daxilində ziddiyyətlər yarananda Müsavat Partiyası bu məsələlərdə tərəf nümayiş etdirmişdi”.
Bunu APA-ya açıqlmasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasında baş verən istefalara münasibət bildirərkən deyib.
F. Qəhrəmanlı AXCP-nin Müsavatın daxilində gedən proseslərə hər hansı formada qarışmadığını bəyan edib: "Ancaq biz, siyasi mədəniyyət nümayiş etdirərək, Müsavat daxilindəki məsələlərə hər hansı formada qarışmırıq və bütün hallarda bunu partiyanın daxili işi hesab edirik”.