Bazar günü günü, 29 noyabr 2026
     

Neftin ucuzlaşması dünyanı yeni maliyyə böhranı ilə üz-üzə qoyur

Image


İran və Venesuela neftin qiymətinin 100 dollara qalxması üçün birləşir

Məlum olduğu kimi, son qlobal maliyyə böhranında neftin qiyməti 30 dollara kimi enmişdi. İndinin özündə də neftin dünya bazarlarında sürətlə ucuzlaşmasını şərh edən bir sıra ekspertlər dünyanı yeni böhran gözlədiyini bəyan edirlər. Elə Böyük Britaniyanın baş naziri Devid Kameron da bildirir ki, dünya iqtisadiyyatı yeni qlobal maliyyə böhranı ilə qarşı-qarşıyadır.
O, Britaniya iqtisadiyyatına dünya maliyyə sistemindəki mənfi tendensiyaların təsir edə biləcəyini deyib: "Mən dünya liderləri ilə Brisben sammitində görüşəndə problemlər aydın görünürdü. 2008-ci il maliyyə böhranından 6 il sonra dünya iqtisadiyyatının qarşısında yenidən qırmızı işıq yanır. Britaniya iqtisadiyyatına qlobal iqtisadiyyatda artan mənfi tendensiyalar təsir göstərə bilər. Biz Britaniyada uzunmüddətli iqtisadi plana sadiq qalmalıyıq".
Devid Kameronun xəbərdarlığı digər dünya ölkələri üçün də keçərli sayılır. O da xüsusi olaraq vurğulanır ki, Rusiya və Qərb arasında iqtisadi sanksiyalar çəkişməsi davam edərsə, dünyanı gözləyən yeni qlobal böhranın gəlişi sürətlənə bilər. Almaniya kansleri Angela Merkel bildirib ki, Avropa Komissiyası Rusiyaya qarşı "qara siyahını" uzada bilər. Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının Rusiyaya qarşı əlavə sanksiyalar tətbiqi istiqamətində müzakirələrə başlayacağı deyilirdi. Ukraynada vəziyyətin yenidən gərginləşməsi bu prosesi sürətləndirə bilər. Bu hal isə neftin də qiymətinə təsirsiz ötüşmür. ABŞ-ın "ЖPMorgan Chase" investisiya bankı dünya bazarında neftin bir barrelinin qiymətinin 65 dollara enəcəyini istisna etmir. Bank qeyd edir ki, dünya iqtisadiyyatında artım tempinin gözlənilənlərdən aşağı olması neft bazarında tələbin təklifi üstələməsi ilə nəticələnib. Bu isə OPEK-ə üzv olan ölkələr tərəfindən kvotanın azaldılmasına zəmin yaradıb. Lakin hazırkı vəziyyətdə əsas problem ondan ibarətdir ki, OPEK-ə üzv olan ölkələr neft hasilatının azaldılması ilə bağlı ortaq məxrəcə gələ bilmir.
"JPMorgan" analitikləri hesab edir ki, OPEK noyabrda neft hasilatının kvotasının aşağı salınması ilə bağlı qərar qəbul etməsə, qiymətlər bir barrelə görə 70 dollara qədər aşağı düşə bilər. Bankın hesablamalarına görə, 2015-ci ilin yanvar ayında neftin bir barreli 65 dollara qədər enəcək. Bununla yanaşı, bankın analitikləri hesab edir ki, neftin qiymətinin sürətlə azalması OPEK-ə üzv ölkələrin "qara qızıl" hasilatını azaltmasına stimul verəcək.
Belə bir vaxtda məlum olub ki, İran və Venesuela neftin qiymətinin 100 dollara qalxması üçün birləşəcək. Müvafiq razılıq İranın neft naziri Bidjman Namdar Zanqene və Venesuelanın xarici işlər naziri Rafael Ramiresin görüşündə əldə olunub. Tərəflər OPEK ölkələrini də bu işdə səylərini artırmağa çağırıb. Hazırda neftin qiymətinin yüksəlməsi məhz İran - Venesuela birliyinə yeni dövlətlərin qoşulub-qoşulmamasından asılı olacaq. Bu proses Azərbaycanda da diqqətlə izlənir. Çünki neftin qiyməti ölkəmizin də maliyyə gəlirlərinə birbaşa təsir göstərir. Xatırladaq ki, gələn il üçün neftin büdcə qiyməti 90 dollardan götürülüb. Hazırda isə Azərbaycan neftinin satış qiyməti 80 dollardan da aşağıdır. Düzdür, rəsmi dairələr hələlik narahatlığa əsas görmür. Maliyyə naziri Samir Şərifov qeyd edir ki, 2015-ci ilin dövlət büdcəsinin layihəsi ölkənin makroiqtisadi vəziyyəti, dünyada cərəyan edən proseslər, Azərbaycanın daxil olduğu geosiyasi proseslərin qiymətləndirilməsi və eyni zamanda makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 90 dollardan götürülüb və bu da tam olaraq reallığı əks etdirir: "Neftin qiymətinin azalması müşahidə edilir. Amma bu ilin 9 ayında orta qiymətlər təxminən 109 dollar olub. Növbəti il üçün büdcədə neftin qiyməti 90 dollardan götürülüb, bu, 2014-cü ilin göstəricisindən 10 dollar aşağıdır. Amma hökumət neftin qiymətinin enməsi fonunda təşvişə düşməməyə və tələsik qərara verməməyə çağırır". Nazir həmçinin qeyd edib ki, neftin qiymətinin aşağı olması fonunda belə bir neçə proqram işlənib hazırlanıb: "2015-ci il üçün dövlət büdcəsinin gəlirlərinin təminatı və xərclərinin yerinə yetirilməsində böyük risq görünmür.
Çünki neftin qiymətinin ucuzlaşması fonunda müxtəlif ssenarilər hazırlanıb". Lakin istənilən halda dəqiqdir ki, neftin ucuzlaşması davam edərsə, Azərbaycan gələn il üçün bəzi investisiya xərclərini azaltmalı olacaq. Bu mənada hesab olunur ki, neftin dünya bazarlarında qiymətinin sabitləşməsi üçün Azərbaycan da müvafiq addımların atılmasına çalışmalıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ