Moskva Dağlıq Qarabağda vəziyyətlə əlaqədar bütün daxili və xarici iştirakçıları maksimum təmkinli olmağa çağırır. Trend-in məlumatına görə, bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Onun sözlərinə görə, indi atəşin dayandırılması və tərəflərin danışıqlar masasına qayıtması üçün maksimum ehtiyatlı olmaq lazımdır: "Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində 1991-ci ildən bu prosesdə aktiv iştirak edir. Biz bütün tərəfdaşlarla təmasları davam etdirmək niyyətindəyik".