22/10/2020 21:52
728 x 90

Hikmət Hacıyev: "Ermənilər Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymaqla daxildə yaranmış xaosu azaltmaq məqsədi güdür"

img

Ermənistan tərəfindən saxta məlumatlar hazırlayıb sosial şəbəkələrdə yayılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: “Ermənilər guya azərbaycanlı general Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymışdı. Bütün bunlar daxildə yaranmış xaosu azaltmaq məqsədi daşıyır. Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur”.

Son xəbərlər