şənbə günü, 31 oktyabr 2026
     

Qarabağda yeni savaşın işartıları: Azərbaycan rəsmilərinin cəbhə bölgəsinə səfəri İrəvanda təşvişi pik həddə çatdırdı...

Image


Əraziləri işğal altında qalan Azərbaycan ordusunu daim döyüşə hazır vəziyyətdə saxlayır və Dağlıq Qarabağ münaqişəsinin hərbi həllini də istisna etmir. Bu fonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezident köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin cəbhə zonasında bir neçə gündür davam edən səfərləri də diqqətdən yayınmır. Onların ön xətdə yerləşən hərbi hissələrə baş çəkməsi, burada döyüş hazırlığı səviyyəsini yoxlaması, düşmən mövqelərini müşahidə etmələri qarşı tərəfdə artıq böyük narahatlıq yaradıb.

Ermənistanda indi belə fikirlər daha çox aktuallıq qazanmağa başlayır ki, Azərbaycan yeni Qarabağ savaşına hazırlaşır və bunun üçün də əlverişli şərait yetişdiyini düşünür. İrəvanın narahatlığını artıran əsas məqamlardan biri də Azərbaycan rəsmilərinin açıqlamalarıdır. Məsələn, elə bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarov yenidən Azərbaycanın müharibə etmə hüququ barədə danışdı:“Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqları dəstəkləyir və həmişə sülh yolu ilə həll olunma imkanları görünənədək danışıqları davam etdirəcəyimizi bildirmişik. Bununla yanaşı, həm dövlətimizin ali qanunu, həm də beynəlxalq hüquq nəzərə alınmaqla Azərbaycanın BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyasının və BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsində təsbit edilmiş beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququna sahibdir”. Müdafiə naziri Zakir Həsənov da öz növbəsində bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı ilə görüş keçirərək, düşmənin təxribat addımlarının şiddətlənməsi səbəbindən hərbi əməliyyatların yenidən başlama ehtimalının kəskin artdığını bildirib. Bunun ardınca Azərbaycan generalları, yuxarıda qeyd olunduğu kimi, bir neçə gündür cəbhə xəttindədir və burada ordunun döyüş hazırlığını yoxlayırlar. Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Abuzər Əbilov da bu xüsusda maraqlı açıqlamalar verir. O qeyd edir ki, hərbi rəhbərliyin cəbhə bölgəsinə səfərləri zamanı şəxsi heyətin təchizatı, təminatı, döyüşə hazırlığı, silah-sursatın, texnikanın vəziyyəti yoxlanır, yerində tapşırıqlar verilir. Eyni zamanda, ön xəttə lazım və tələb olunan silah-sursat, texnika göndərilir. Generalların səfər zamanı cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olduqlarını xatırladan hərbi ekspert vurğulayıb ki, hərbi hissələrin dəyişdirilməsi, yenidən qurulması, tikilməsi, yeni hərbi hissələrin açılması önəmli addımdır:"Politoloqların gəldiyi qənaətə görə, bugünkü hərbi-siyasi vəziyyət faktiki olaraq həddindən artıq gərgindir. Ermənistan tərəfi ilə danışıqlar heç bir nəticə vermir və bunun son nöqtəsi, dirəniş yeri çatıb. Ermənistanın baş naziri görüşlərdə başqa səpkidə, görüşlərdən çıxıb Ermənistana çatandan sonra tamam başqa formada danışır. Bu insanın qeyri-adekvatlığı onun ölkəsi ilə bundan sonrakı danışıqları heçə endirir. Danışıqlar heç cür sonsuz ola bilməz. Dünyanın bir sıra ölkələrində böyük hərbi konfliktlər olub, yaxın tarixi götürsək, Yuqoslaviya fonunda danışa bilərik. Döyüşlər getsə də, müharibələr olsa da, bütün bu proseslər də danışıqlar nəticəsində dövlətlərin bir-biri ilə razılığa gəlməsi ilə yekunlaşdı. Ancaq 30 ildir ki, Ermənistanla Azərbaycan danışır, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilik edirlər, ancaq Azərbaycan üçün müsbət dəyişiklik yoxdur. Son günlər ermənilər də başa düşürlər ki, yaxın vaxtlarda müharibənin başlaması qaçılmaz olacaq". A.Əbilov deyib ki, hərbi hissələrdə əsgər yataqxanalarının, texniki sahələrin, parkların və inzibati binaların yenidən qurulması mühüm hadisədir:“Köhnədən qalan hərbi hissələrdə olan tikililər bugünkü hərbi texnikaya, əsgərlərin sayına, ümumilikdə müasir orduda olan tələblərə cavab vermir. Bunların dəyişdirilməsi, yenidən qurulması, yeni hərbi hissələrin açılması önəmli addımdır. Bu işlər görülməsə, sözsüz ki, uzaq məsafədə olan hərbi hissələrdə döyüşlər vaxtı şəxsi heyəti avtomobillərlə, dəmiryollarla cəbhə bölgəsinə çatdırmaq bir az çətin olacaq və vaxt aparacaq. Ancaq müharibədə vaxt hər şeyi həll edir. Ona görə də cəbhə zonasında olan hərbi hissələrdə yenidənqurma, abadlaşdırma işləri görülür, yeni hərbi hissələr tikilib istifadəyə verilir".

Yaxın tezlikdə Ermənistan münaqişənin həlli istiqamətində əməli addımlar atmayacağı təqdirdə savaşın qaçılmaz olacağını beynəlxalq ekspertlər də xüsusi olaraq vurğulayır. Məsələn, rusiyalı hərbi analitik Vladimir Yevseyev baş verənlərin Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları yenidən başlada biləcəyini qeyd edir. Onun sözlərinə görə, danışıqlar varsa, bu, münaqişəni hərbi yolla davam etdirmək planlarının ortadan qalxdığı demək deyil:“Düşünürəm ki, hərbi həll variantları  mövcuddur və lazımi anda istifadə edilə bilər. İndi bunun nə dərəcədə yetişdiyini deyə bilmərəm, amma hesab edirəm ki, danışıqlar tezliklə nəticə verməsə, savaş qaçılmaz olacaq. Rusiya Federasiyası həmsədrinin aktiv danışıqlar barədə açıqlamasından sonra tərəflərin də çoxsaylı açıqlamaları oldu. Bu açıqlamalar davam edən danışıqların nə dərəcədə əsaslı olması və qarşılıqlı razılıq əldə edilməsi məsələsinə bir qədər aydınlıq gətirdi. Belə bir razılığın olmadığını iddia etməklə Ermənistan savaşa əlverişli zəmin yaradır”. Onun sözlərinə görə, erməni tərəfinin ritorikasının daxili siyasi istehlak üçün nəzərdə tutulduğu diqqətə alınmalıdır. Çünki hökumət öz strategiyasının uğur qazandığını, müharibənin yenidən başlama şansının çox az olduğunu göstərməyə çalışır:“Ancaq müharibə təhlükəsi var. Bütün son açıqlamalar bunun belə olduğunu sübut edir”.

  • “Bizim üçün heç vaxt sirr olmayıb ki, Azərbaycan hərbi əməliyyatların yenidən başlamasına dair öz məqsədlərindən hansısa anda imtina etmək niyyətində deyil”.

Öz növbəsində, digər ekspert Aleksandr Xramçıxin baş verənlərin yeni olmadığını bildirib. “Hərbi xadimlər, generallar, müdafiə nazirləri belə bir vəziyyətdə fikirlərini daha sərt bildirdikləri zaman başqa bir hal ortaya çıxır. Bu onların işidir, onlar hərbi ritorikanı tamamlayırlar, diplomatın işi isə danışıqlar aparmaqdır və diplomatlar, ümumiyyətlə, münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdırlar. Azərbaycan üçün vacib olan ərazi bütövlüyüdür, Ermənistan üçün isə öz müqəddəratını təyinetmə hüququdur, bu, ümumilikdə formalaşmış bir vəziyyətdir. Başa düşürük, tərəflər bunlardan irəli gələn bir çox məsələdə razılığa gələ bilmir. Razılaşmanın nə vaxt əldə edilə biləcəyini və ya bu baş vermədikdə müharibə olacağını ehtimal etmək çətin deyil. Razılaşma mümkün olmadığı üçün ikinci variantın ola biləcəyini düşünürəm. Amma bu zaman Ermənistan Azərbaycanın gücünü mütləq nəzərə almalıdır”.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da savaşı istisna etməyənlərdəndir:“Azərbaycanın bütün təmas xəttində ermənilərin müdafiəsini məhv etmək üçün qüvvə və vasitələri var. Qarabağ ərazisində silahlı müqavimət dayandırıldıqca, hərbi hissələr Ermənistan sərhədlərinə çəkiləcək”. Rusiyalı ekspertin sözlərinə görə, bu qaçılmaz reallıqdır və bu reallıq Nikol Paşinyanı ayıltmalıdır:“Azərbaycanın hərbi gücdən istifadə etdiyi təqdirdə nələr olacağını anlayan İrəvan danışıqlar masasına əyləşərək, Lavrovun mərhələli həll variantını qəbul etməlidir”. Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan da Bakının savaşa hazır olduğunu və bu xüsusda rəsmi fikirlərin sayını artmasını ölkəsi üçün təhlükəli hal adlandırıb:“Azərbaycan müdafiə naziri Zakir Həsənovun son bəyanatı, xüsusilə Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı və bunu dərhal izləmiş Ermənistan Xarici İşlər Nazirliyinin şərhi ilə əlaqəlidir”. O açıqlamasında qeyd edib ki, bu bəyanat əsasən Ermənistana yönəlib:“Bizim üçün heç vaxt sirr olmayıb ki, Azərbaycan hərbi əməliyyatların yenidən başlamasına dair öz məqsədlərindən hansısa anda imtina etmək niyyətində deyil”.
Azərbaycanın bu mərhələdə müharibə əməliyyatlarına gedəcəyi ilə bağlı verilən suala erməni deputat cavab verib ki, hazırkı vəziyyətə əsasən, Azərbaycanın müharibəyə gedəcəyi ehtimalı az deyil. Bu durumda o da Ermənistan üçün ciddi problemlərin yaranacağını vurğulayır. Bu məsələdə onun haqlı olması isə heç kimə sirr deyil. Çünki Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrdə yüksəlişə nail olması, həmçinin iqtisadi inkişaf dinamikasına görə bölgədə lider dövlətə çevrilməsi ordu quruculuğunda ötən illərdə kifayət qədər müsbət irəliləyişlərə səbəb olub. Ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi vacib inkişaf istiqamətləri kimi diqqəti çəkir. Ermənistanın özündə belə etiraf edilir ki, Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar indi Qarbağ münaqişəsinin həllinə təsir edən əsas faktorlardandır. Azərbaycanın məhz bu durumda Dağlıq Qarabağ münaqişəsini bütün variantlarda, o cümlədən hərbi müstəvidə həll etmək imkanı var. Elə Ermənistan da bundan müvafiq nəticə çıxarmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ