şənbə günü, 31 oktyabr 2026
     

Ermənistan bu dəfə Çinin qəzəbinə tuş gəldi – ABŞ biolaboratoriyaları İrəvana ciddi baş ağrıları vəd edir

Image


ABŞ-la Çin arasında koronavirus pandemiyası ilə bağlı mübahisələrin dərinləşdiyi bir vaxtda Pekində diqqət kifayət qədər maraqlı bir məsələyə yönəldilir. Söhbət bəzi postsovet ölkələrində, xüsusən də Ermənistanda olan biolaboratoriyalardan gedir.

Çinin rəsmi dövlət qəzeti olan “Jenmin Jibao” bu xüsusda qeyd edir:“ABŞ-dan kənardakı bioloji laboratoriyalarda hansı tədqiqatlar aparılması barədə Vaşinqton hələ də susur. Bu yaxınlarda Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin müavini Natalya Poklonskaya bütün dünyada Amerika bioloji laboratoriyalarının qanuniliyini yoxlamağı təklif edib. Eləcə də  Rusiya Xarici İşlər Nazirliyi keçmiş Sovet İttifaqı ölkələrində bioloji laboratoriyaların yaradılmasından narahatlığını bildirib. Xarici siyasət və milli müdafiə üzrə rusiyalı mütəxəssis Qriqori Trofimçuk bu bioloji laboratoriyaların işinin heç vaxt dünyaya açıqlanmadığını, eyni zamanda, laboratoriya ərazilərində qızılca kimi təhlükəli yoluxucu xəstəliklərin də baş verdiyini söyləyib. Bu laboratoriyalarda hansı tədqiqatlar aparılır? Niyə ABŞ bu bioloji laboratoriyaların funksiyaları, istifadəsi və təhlükəsizliyi barədə susur?”. Bu fonda indi daha çox Ermənistanda olan biolaboratoriyalar gündəmə gəlir.

  • Ermənistandakı biolaboratoriyalarla əlaqədar elə kontekst formalaşır ki, bundan sonra Moskvadan daha çox Pekin oraya giriş hüququnda təkid edəcək. Həm ABŞ, həm də Çin bir-birini bioloji və toksik silahların qadağan olunması barədə Konvensiyanı pozmaqda ittiham edəcək.

Rusiyalı politoloq Aleksandr Karavayev bunu təsadüfi saymır. O vurğulayır ki, Ermənistandakı biolaboratoriyalar ABŞ-la Çin arasında yeni böhranın amilinə çevrilir. Politoloq bildirib ki, Pekin diqqəti Ermənistanda bu biolaboratoriyaların mövcudluğu faktına yönəldib:“Ermənistandakı biolaboratoriyalarla əlaqədar elə kontekst formalaşır ki, bundan sonra Moskvadan daha çox Pekin oraya giriş hüququnda təkid edəcək. Həm ABŞ, həm də Çin bir-birini bioloji və toksik silahların qadağan olunması barədə Konvensiyanı pozmaqda ittiham edəcək. Vaşinqton iddia edəcək ki, Konvensiya Uhanda laboratoriyada sızma faktı baxımından pozulub. Pekin də, təbii olaraq, onu vurğulayacaq ki, amerikalılar öz ərazilərində fəaliyyət göstərən laboratoriyalara giriş hüququ barədə protokolu imzalamayıb və Ermənistanda yenilərini yaradır. Bu məsələdə Moskvanın mövqeyi çox vacibdir. Maraqlıdır ki, 2014-cü ildən Moskva, bioloji silah tətbiq olunacağı təqdirdə, yardım göstərilməsi üçün səyyar tibbi-biloloji çevik reaksiya dəstələri yaratmağı dəfələrlə təklif edib. Amma bu təkliflər havada qalıb”.

Hazırda İrəvanın rusiyalı mütəxəssislərin biolaboratoriyalara girişinə imkan verməməsi fonunda Pekin Ermənistanda fəaliyyət göstərən Amerika bioloji laboratoriyalarının bütün region üçün təhdid törətdiyi məsələsində Moskva ilə həmrəylik nümayiş etdirir. Bu günlərdə isə Ermənistan rusiyalı mütəxəssisləri ABŞ-ın maliyyəsi ilə yaradılan bioloji laboratoriyalara buraxmaqdan yenidən imtina edib. Halbuki, daha öncə Rusiya mütəxəssislərinin, o cümlədən hərbçilərin həmin bioloji laboratoriyalara girməsinə zəmanət veriləcəyi bildirilmişdi. Qeyd olunurdu ki, bu, Rusiya ilə Ermənistan arasında "Bioloji Təhlükəsizlik Məsələləri haqqında" Anlaşma Memorandumundan irəli gəlir. Amma İrəvan sonradan fikrini dəyişdi. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bu xüsusda bildirdi:“İlk öncə qeyd etmək istəyirəm ki, ölkədə fəaliyyət göstərən biolaboratoriyalar Ermənistana aiddir və ölkənin dövlət orqanları tərəfindən tam nəzarətdədir. Erməni tərəfi dəfələrlə bildirib ki, laboratoriya heyəti yalnız Ermənistan vətəndaşlarından ibarətdir, laboratoriyalarda xarici mütəxəssislərin olması istisna olunur. Barəsində söhbət gedən "Bioloji Təhlükəsizlik Məsələləri haqqında" Anlaşma Memorandumunun Ermənistanda fəaliyyət göstərən biolaboratoriyalarla, üstəlik, rus mütəxəssislərinin onlara baş çəkmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Dəfələrlə qeyd etmişik ki, tərəflərin bioloji təhlükəsizliyinin təminatı üzrə məsələlərin geniş spektri mövcuddur. Həmin memorandum layihəsinə görə, hər hansı bir tərəfin işləyən laboratoriyaların ərazisinə daxil olması və ya birtərəfli başqa nəzarəti həyata keçirmək hüququna zəmanət verilməsi nəzərdə tutulmur”. Digər tərəfdən, Ermənistan "Bioloji Təhlükəsizlik Məsələləri haqqında" Anlaşma Memorandumunun imzalanmasını da gecikdirir. Anna Nağdalyan gecikməni koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərlə əlaqələndirir. Lakin Rusiyanın RBK portalının məlumatına görə, memorandumun imzalanması koronavirusdan hələ heç bir xəbər olmadığı vaxtdan, yəni keçən ilin noyabr ayından etibarən təxirə salınıb. İmzalanmanın təxirə salınması isə Ermənistan tərəfindən sənədin hələ hazır olmadığı səbəbi ilə baş verib. RBK, eyni zamanda, bu laboratoriyalarda müxtəlif virusların və ştamların araşdırıldığını və maliyyə ayırmalarının Pentaqon tərəfindən edildiyini bildirir. Rus mənbələrinə görə, Ermənistandakı bu laboratoriyalara ABŞ səfirliyinin hərbi attaşesi, mayor Erik Larsen nəzarət edir və podratçı Ermənistanda bu işi yerinə yetirmək üçün 50 milyon dollar alan “CH2M Hill” şirkəti olub. Bu şirkət “BlackVeatch” vasitəsilə uzun müddətdir bioloji silahların hazırlanmasında iştirak edən digər iki təşkilata qoşulub. Rusiya Dövlət Dumasının Elm və Təhsil Komitəsinin rəhbəri, ölkənin keçmiş baş sanitar həkimi Qennadi Onişşenko hesab edir ki, bu biolaboratoriyalar başqa bir dövlətin hərbi bazalarıdır. Onun sözlərinə görə, bunlar son dərəcə təhlükəli virusların olduğu xüsusi rejimdə fəaliyyət göstərən obyektlərdir. Məhz bu durumda, Rusiya ilə yanaşı, artıq Çin də diqqəti Ermənistanda olan bu obyektlərə yönəldir. Hesab edilir ki, artıq Çin də bu xüsusda əsl həqiqətlərin üzə çıxması üçün Ermənistana təzyiqləri artıracaq.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ