Cümə axşamı günü, 22 yanvar 2026
     

Hüquqi şəxs yaratmayan sahibkarların sayı sürətlə artır...

Image


Müasir bazar iqtisadiyyatı şəraitində fərdi sahibkarlar ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayırlar. Kiçik və orta sahibkarlığın əsas sütunlarından biri olan fərdi sahibkarlıq həm məşğulluğun artırılması, həm də iqtisadiyyatın çevik və dayanıqlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Fərdi sahibkarlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərərək bazarın dinamikliyini artırır, rəqabət mühitini gücləndirir və innovasiyaların yayılmasına töhfə verirlər.

Ölkədə fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb

İlk növbədə, fərdi sahibkarlar məşğulluğun təmin edilməsində mühüm rol oynayırlar. Onlar həm özləri üçün iş yeri yaradır, həm də fəaliyyətlərini genişləndirdikcə əlavə işçi qüvvəsinə ehtiyac duyurlar. Bu isə işsizliyin azaldılmasına və əhalinin gəlir səviyyəsinin yüksəlməsinə şərait yaradır. Xüsusilə regionlarda fəaliyyət göstərən fərdi sahibkarlar yerli əhalinin məşğulluğunun artırılmasında və sosial rifahın yüksəldilməsində əhəmiyyətli rol oynayırlar. Bu fonda Azərbaycanda sahibkarların sayının sürətli artımı mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb. Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda, Lənkəran-Astara, Qazax-Tovuz və Mərkəzi Aran iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 76,3 faizini kişilər, 23,7 faizini isə qadınlar təşkil edib. Daha bir mühüm nüans odur ki, ölkədə ictimai iaşə dövriyyəsinin artımında da fərdi ssahibkarların rolu artır.

2025-ci ildə ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə real ifadədə 12,2 faiz artaraq 2 milyard 808,6 milyon manat olub. Dövlət Statistika Komitəsi qeyd edir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü illə müqayisədə 12 faiz artaraq 1 milyard 422,2 milyon manat olub. Pərakəndə ticarət şəbəkəsi ilə bağlı vəziyyət də bu baxımdan xüsusi diqqət cəlb edir. 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılmış malların dəyəri 2024-cü illə müqayisədə 3,8 faiz artaraq 67 milyard 475,9 milyon manata bərabər olub, onun 49,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Bütün bunlar onu göstərir ki, fərdi sahibkarlıq iqtisadiyyatın şaxələndirilməsinə də ciddi töhfə verir. Böyük şirkətlər əsasən iri layihələrə və kapital tutumlu sahələrə yönəldiyi halda, fərdi sahibkarlar ticarət, xidmət, kənd təsərrüfatı, turizm və sənətkarlıq kimi sahələrdə fəal iştirak edirlər. Bu isə iqtisadiyyatın bir sahədən asılılığını azaldır və dayanıqlı inkişaf üçün sağlam zəmin yaradır. Xüsusilə qeyri-neft sektorunun inkişafında fərdi sahibkarların rolu danılmazdır. Fərdi sahibkarlar bazarda rəqabət mühitinin formalaşmasına mühüm təsir göstərirlər. Onların fəaliyyəti qiymətlərin tənzimlənməsinə, xidmət və məhsul keyfiyyətinin yüksəlməsinə səbəb olur. Rəqabət şəraitində fəaliyyət göstərən sahibkarlar istehlakçı tələblərinə daha çevik reaksiya verir, bazar dəyişikliklərinə tez uyğunlaşırlar. Bu da ümumi iqtisadi səmərəliliyin artmasına gətirib çıxarır. Fərdi sahibkarların iqtisadi inkişafda rolu fiskal baxımdan da əhəmiyyətlidir. Onlar dövlət büdcəsinə vergi ödəyicisi kimi töhfə verir, sosial fondların formalaşmasında iştirak edirlər. Vergi daxilolmalarının artması isə dövlətin sosial layihələri maliyyələşdirməsinə, infrastrukturun inkişafına və ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Bu baxımdan fərdi sahibkarlıq dövlət və cəmiyyət arasında mühüm iqtisadi körpü rolunu oynayır.

Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq edələcək

İnnovasiya və təşəbbüskarlıq fərdi sahibkarlığın əsas xüsusiyyətlərindəndir. Fərdi sahibkarlar yeni ideyaların reallaşdırılmasında, müasir texnologiyaların tətbiqində və qeyri-ənənəvi biznes modellərinin formalaşdırılmasında daha çevik olurlar. Onlar bazardakı boşluqları tez müəyyən edir və innovativ həllər təklif edirlər. Bu xüsusiyyət iqtisadiyyatın modernləşdirilməsində və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.

Regionların inkişafında fərdi sahibkarların xüsusi rolu vardır. Böyük investisiyalar əsasən paytaxt və iri şəhərlərdə cəmləşdiyi halda, fərdi sahibkarlar ucqar ərazilərdə də fəaliyyət göstərərək regional iqtisadi balansın qorunmasına töhfə verirlər. Regionların inkişafında fərdi sahibkarların rolu yerli iqtisadiyyatın canlanması ilə birbaşa bağlıdır. Fərdi sahibkarlar kənd təsərrüfatı, ticarət, xidmət, turizm və sənətkarlıq sahələrində fəaliyyət göstərərək regional bazarların formalaşmasına töhfə verirlər. Onlar yerli xammal və resurslardan istifadə edərək məhsul istehsal edir, bu isə əlavə dəyər yaradır və regionun iqtisadi potensialını artırır. Dövlətin regionların inkişafı ilə bağlı həyata keçirdiyi proqramlarda fərdi sahibkarlar əsas icraçı tərəf kimi çıxış edirlər. Güzəştli kreditlər, subsidiyalar, vergi və gömrük güzəştləri fərdi sahibkarların regionlarda fəaliyyətini stimullaşdırır. Bu dəstək mexanizmləri sahibkarlığın genişlənməsinə və regionların iqtisadi cəhətdən daha cəlbedici olmasına şərait yaradır. Onu da qeyd edək ki, Güclü fərdi sahibkarlıq mühiti olmayan bir iqtisadiyyatın dayanıqlı və uzunmüddətli inkişafı mümkün deyil. Buna görə də fərdi sahibkarların dəstəklənməsi ölkəmiz iqtisadi strategiyasının prioritet istiqamətlərindən biridir. Bu arada biq məqamı da qeyd edək ki, Azərbaycanda bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq edələcək. Bundan başqa, 2026-cı ildə qeyri-sahibkarlıq fəaliyyətinə 12 milyon manat güzəşt tətbiq olunacaq. İl ərzində həmçinin qeyri-kommersiya fəaliyyətinə 436,5 milyon manat, qrant, humanitar və texniki yardıma 33,4 milyon manat, xüsusi iqtisadi zonalar və Ələt Azad İqtisadi Zonasına 4,7 milyon manat, beynəlxalq müqavilələrə 1,4 milyard manat, maliyyə xidmətləri və dövlət maliyyə institutlarının fəaliyyətinə 698,4 milyon manat, sosial baxımdan həssas əhali qrupuna 674,9 milyon manat azadolma tətbiq ediləcək. Bütün bunlar ölkədə sahibkarlığın inkişafını daha dinamik hala gətirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

“Daxilimizdə təhlükə yoxdur, qonşularımız haqqında düşünürük”...

Azərbaycan-Ermənistan sülhü Davosda dünyanın gündəm mərkəzinə çıxdı...

Tələbə təhsil və elmi işlə məşğul olmalıdır, dekan müavinliyi ilə yox -əcaib praktika...

SON XƏBƏRLƏR

22.01.2026 / 18:44
Xarici ticarətimizdə müsbət fərq 5.5 milyarddan 663 milyona düşdü...

22.01.2026 / 18:22
Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirildi - FOTO

22.01.2026 / 18:09
Arıqlama çaylarının təhlükəli olduğu rəsmi təsdiqləndi...

22.01.2026 / 17:54
Avropanın “Global Gateway” strategiyasında həlledici statusa yüksələn yeni ölkə...

22.01.2026 / 17:49
Hüquqi şəxs yaratmayan sahibkarların sayı sürətlə artır...

22.01.2026 / 17:20
Nazirlik dilimizlə bağlı səhvə yol verdi...

22.01.2026 / 17:18
“Facebook”da Azərbaycan Prezidentinin adından saxta açıqlama yayıldı - MEDİA “Meta”ya çağırış etdi...

22.01.2026 / 17:10
Vətən torpağına qarışan igid – Hikmət Bağırlı

22.01.2026 / 17:03
Merkosur ölkələri Avropanın aqrar sektorunu viran edəcək, Macarıstan indidən qabaqlayıcı addımlar atır

22.01.2026 / 16:50
Azərbaycan Ermənistanda daha bir enerji növünü "ucuzlaşdıracaq"...

22.01.2026 / 16:46
"Azərbaycandan rəsmi dəvət gözləyirik" - Ufuk Arça Turqaner

22.01.2026 / 16:43
Ramiz Mehdiyev ittihamlara bir kəlmə də olsa münasibət bildirmir - 2 səbəb var...

22.01.2026 / 16:15
Rusiya Azərbaycan-Ermənistan enerji sistemlərinin inteqrasiyasına mane ola bilər...

22.01.2026 / 15:41
Tramp NATO-dan geri çəkilir, NATO isə adada hərbi təlimə hazırlaşır...

22.01.2026 / 15:39
Davosda Prezident İlham Əliyevin Trampla görüşü olub

22.01.2026 / 15:38
Tramp-Avropa münasibətlərində növbəti qarşıdurma - "Arktikada təhlükəsizlik"...

22.01.2026 / 15:22
“Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar” - Tramp

22.01.2026 / 15:10
Ermənistanın Azərbaycandan iqtisadi asılılığı hər gün artır...

22.01.2026 / 15:06
Trampla Avropa İttifaqı Naxçıvanın üstündə toqquşa bilər...

22.01.2026 / 14:11
Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

22.01.2026 / 13:56
Azərbaycanla NATO kibertəhlükəsizliklə bağlı əməkdaşlıq edə bilər...

22.01.2026 / 13:42
Apteklərlə bağlı yeni qərar - yalnız bu şəxslər işlədə biləcəklər...

22.01.2026 / 13:34
“Ramiz Mehdiyev sevgisi” ölmür - bəzi tanınmışlar hələ də “Ramiz müəllim” deyir...

22.01.2026 / 13:14
Azərbaycan regional liderliyi və qlobal humanitar missiyası ilə sülh və təhlükəsizliyə töhfə verməkdədir

22.01.2026 / 13:11
Трамп утверждает, что он добился мира на Кавказе. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.01.2026 / 12:23
Tramp qrenlandiyalıları satın alacaq - 57 min sakinin hər birinə 1 milyon dollar...

22.01.2026 / 12:15
Özəl tibb müəssisələri də onkoloji yardım həyata keçirə biləcəklər...

22.01.2026 / 11:44
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu

22.01.2026 / 11:31
Bəşər Əsədin " Hama qəssabı" 88 yaşında öldü...

22.01.2026 / 11:17
Ermənilər Azərbaycanı şərləməkdə davam edirlər - CANLI

22.01.2026 / 11:10
Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

22.01.2026 / 10:54
İlham Əliyevin Davosda çıxışlarına dünya mediasında geniş diqqət var.... - FOTO

22.01.2026 / 10:38
SOCAR “Baleine” neft-qaz yatağında 10% pay aldı...

22.01.2026 / 10:34
Tanınmış yazar AYB üzvülüyündən istefa verdi

22.01.2026 / 10:07
İranlılara narkokuryerlik edən şəxslər 6 kq malla tutuldu

22.01.2026 / 09:03
Putin Trampın "Sülh Şurası"na 1 milyard verməyə hazırdır - yalnız dondurulmuş aktivlərindən...

22.01.2026 / 09:00
Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO/VİDEO)

22.01.2026 / 08:43
ABŞ 2026-cı ilin sonuna qədər Kuba hökumətini devirəcək?..

22.01.2026 / 00:52
Prezident “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım etdi - FOTO

22.01.2026 / 00:27
İran etirazlarda ölənlərin sayını ilk dəfə açıqladı - 3117 nəfər…

21.01.2026 / 23:50
“Qarabağ” Bakıda “Ayntraxt”a qalib gəldi

21.01.2026 / 23:32
ABŞ-ın İrana hücumu edəcəyi iddia edildi - İsrail ordusu hazır vəziyyətə gətirildi...

21.01.2026 / 22:45
Tramp Rusiya və Ukraynanın razılaşmağa yaxın olduğunu açıqladı…

21.01.2026 / 22:23
Prezident İlham Əliyev Davosda Avropa İttifaqının komissarı Marta Kosla görüşdü - FOTO

21.01.2026 / 22:14
Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTO

21.01.2026 / 21:37
Davosda Azərbaycan gündəliyi: İnvestisiya və əməkdaşlıq dialoqunun yeni mərhələsi

21.01.2026 / 21:16
Qrenlandiya məsələsi Rusiyanın Krım işğalına “bəraət verdi”...

21.01.2026 / 20:51
Yasda ehsan olaraq kabab, necədir? - Rayonlarımızın biri çox qabağa gedib....

21.01.2026 / 20:34
Avropalı deputatlara Azərbaycandan ciddi irad - “8 avqustdan sonra dəyişməli idiniz”...

21.01.2026 / 20:17
Evlənənlərin sayı sürətlə azalır - gənclər ailə həyatından niyə qaçır...

21.01.2026 / 19:55
Neft sektorumuza sərmayə qeyri-neft sektorundan daha sürətlə azalır...

21.01.2026 / 19:39
"Ştutqart" mağazalar şəbəkəsi ətrafında qalmaqal... Bacısı oğlundan keçmiş deputata ittiham - Mağazanı əlimizdən aldı...

21.01.2026 / 19:27
“Daxilimizdə təhlükə yoxdur, qonşularımız haqqında düşünürük”...

21.01.2026 / 19:12
Paşinyan Ermənistan və Azərbaycan enerji sistemlərinin birləşdiriləcəyini açıqladı...

21.01.2026 / 18:55
Xarici ticarət dövriyyəsində müsbət saldo azalır - həyəcan təbili çalınır...

21.01.2026 / 18:50
Orta güclər ABŞ-sız yeni dünya nizamı formalaşdırır - Amerikaya zərbə...

21.01.2026 / 18:42
“Daşnaksütyun”un Ermənistanda da "kitabı bağlanır"...

21.01.2026 / 18:39
Bu dəfə Cənubi Azərbaycan faktoru ermənilərin kürkünə birə saldı

21.01.2026 / 18:33
İlham Əliyev bir dövlət qurucusunun adını daşıyan ali mükafata layiq görüldü...

21.01.2026 / 18:21
Azərbaycan-Ermənistan sülhü Davosda dünyanın gündəm mərkəzinə çıxdı...

21.01.2026 / 18:00
Qanunsuz küçə ticarəti pis, məmurun kobudluğu bağışlanmaz - Sumqayıtda olay...

21.01.2026 / 17:47
Azərbaycanın beynəlxalq vasitəçilərə ümidi o hadisədən qırıldı...

21.01.2026 / 17:35
Yeni dünya nizamı fonunda Azərbaycanın strateji xətti - Lamiyə İsazadə yazır...

21.01.2026 / 17:21
İşləyən pensiyaçılar üçün yeni təklif - pensiya kapitalından istifadə 3 dəfə 4 ildən bir həyata keçirilsin...

21.01.2026 / 17:08
Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür etdi

21.01.2026 / 16:54
Ağcabədi əməliyyat: 10 kiloqram narkotik vasitə aşkarlandı

21.01.2026 / 16:38
Dezinformasiya təhlükəsilə bağlı ictimai müzakirə keçirildi...

21.01.2026 / 16:30
Milli Məclisdə siyasi partiyaların mövcud vəziyyəti müzakirə ediləcək

21.01.2026 / 16:12
Tələbə təhsil və elmi işlə məşğul olmalıdır, dekan müavinliyi ilə yox -əcaib praktika...

21.01.2026 / 16:05
Çox dövlətlər Trampın Qəzza üzrə təklifindən imtina edir...

21.01.2026 / 16:02
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını GÖZLƏYİR

21.01.2026 / 15:55
Dərnəgüldə boya mağazasında güclü yanğın... - VİDEO/YENİLƏNDİ

21.01.2026 / 15:45
Kremlin sözçüsü Qafqazın və Orta Asiyanın işğalına çağırdı...

21.01.2026 / 15:38
ABŞ-a ümidli ölkələr Trampdan sonra Rusiyaya daha çox meyllənəcək...

21.01.2026 / 15:33
Rauf Vəliyev 5 gəminin "güdazına getdi?"...

21.01.2026 / 14:43
Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib

21.01.2026 / 14:35
Trampın “mən NATO üçün hamıdan çox iş görmüşəm” sözləri təəccüb doğurdu...

21.01.2026 / 13:51
Süni intellekt mahnıları efirləri bürüyür -müğənnilər bir “sinif kimi ortadan çıxacaq”...

21.01.2026 / 13:50
İlk köç karvanı Xankəndiyə çatdı

21.01.2026 / 13:23
Məzunları iş tapmayan dörd universitet rektorunun “vecinə də deyil”...

21.01.2026 / 13:18
Почему Москва не может терпеть независимости Армении? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

Hüquqi şəxs yaratmayan sahibkarların sayı sürətlə artır...

XƏBƏR ARXİVİ