Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Avropanın “Global Gateway” strategiyasında həlledici statusa yüksələn yeni ölkə...

Image


“Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Avropa İttifaqının Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək “Global Gateway” layihəsində Azərbaycanın önəmli rol oynadığını qeyd edən dövlət başçısı ölkəmizin indiyədək əsasən nəqliyyat infrastrukturuna sərmayə yatırdığını vurğulayıb: “Demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək”. Bu arada onu da qeyd edək ki, Avropa İttifaqı 2021-2027-ci illəri əhatə edən “Global Gateway” strategiyası çərçivəsində dünyada ictimai və özəl investisiyaları təşviq etməyi hədəfləyir. Proqram rəqəmsal, enerji və nəqliyyat sahələrində ağıllı, təmiz və təhlükəsiz əlaqələrin yaradılmasını, həmçinin səhiyyə, təhsil və tədqiqat sistemlərinin gücləndirilməsini nəzərdə tutur. Aİ-nin ilkin məqsədi 2021-2027-ci illərdə dünya üzrə 300 milyard avro investisiya cəlb etmək olsa da, ötən ay Avropa Komissiyası bu hədəfin əldə olunduğunu açıqlayaraq, 2027-ci ilədək investisiyaların 400 milyard avroya çatdırılmasını planlaşdırıb.

“Global Gateway” proqramının əsas prinsipləri arasında demokratik dəyərlər, yüksək standartlar, şəffaflıq və yaxşı idarəetmə, bərabər tərəfdaşlıq, yaşıl və təmiz texnologiyalar, təhlükəsizlik və özəl sektorun təşviqi yer alır. Proqram BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Paris iqlim sazişi ilə uyğunluq təşkil edir. Aİ-yə üzv dövlətlər artıq 2026-cı il üçün 256 mühüm layihəni artıq təsdiqləyib. Bu layihələr rəqəmsal texnologiyalar, iqlim və enerji, nəqliyyat, səhiyyə, təhsil və tədqiqat sahələrində Aİ-nin tərəfdaşlarına göstərdiyi dəstəyin nümunələridir. Bir daha xatırladaq ki, “Global Gateway” təşəbbüsü 2021-ci ildə Avropa Komissiyası tərəfindən elan edilib, əsasən infrastruktur, enerji, rəqəmsal texnologiyalar, nəqliyyat və təhsil sahələrində investisiya proqramlarını özündə ehtiva edən genişmiqyaslı plan hesab olunur. Avropa İttifaqı sosial və ekoloji standartlara cavab verən davamlı, yüksək keyfiyyətli infrastrukturun maliyyələşdirilməsini dəstəkləmək üçün 2027-ci ilə qədər bu təşəbbüs çərçivəsində 400 milyard avro istifadə etməyi planlaşdırır. Qeyd edilən müddətə kimi Afrika ayrılan maliyyənin yarısını, yəni 150 milyard avronu alacaq. Strategiya həmçinin Qərbi Balkanlar və Ukraynaya, eləcə də Asiya, Latın Amerikası və Karib hövzəsinə xüsusi maraq göstərir. “Global Gateway” təşəbbüsü Avropa Komissiyasını, Avropa İttifaqına üzv dövlətləri, eləcə də Avropanın əsas donorlarını, xüsusən də Avropa İnvestisiya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, həmçinin digər Avropa maliyyə institutlarını özündə birləşdirir.

“Global Gateway” təşəbbüsünün ən strateji hədəf məkanlarından biri kimi Mərkəzi Asiya və Cənubi Qafqaz regionları artıq ön planda yer alır. Sözügedən regionlar Asiyanı Avropa ilə birləşdirən əsas körpü rolunu oynayır, onlar həm zəngin enerji resurslarına, həm də mühüm nəqliyyat-kommunikasiya yollarına malikdirlər. Qlobal enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və strateji sabitlik baxımından bu məkanlar Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır.

Cənubi Qafqaz və Mərkəzi Asiya Avropa üçün enerji baxımından böyük potensiala malikdir. Xəzər hövzəsi dünyanın ən mühüm qaz və neft yataqlarından birini təşkil edir. Azərbaycan, Türkmənistan və Qazaxıstanın enerji ehtiyatları Avropa bazarı üçün strateji əhəmiyyət daşıyır. “Global Gateway” təşəbbüsü çərçivəsində Avropa İttifaqı bu regionda bərpa olunan enerji layihələrinin dəstəklənməsini, qaz kəmərlərinin modernləşdirilməsini və enerji nəqli marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Bu, bir tərəfdən Avropanın Rusiya qazından asılılığını azaltmağa xidmət edir, digər tərəfdən isə region ölkələrinin enerji ixracı imkanlarını genişləndirir. Azərbaycan bu baxımdan xüsusi rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən Azərbaycan həm Mərkəzi Asiya ölkələri üçün tranzit platforma, həm də Avropa üçün etibarlı tərəfdaş hesab olunur. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü də məhz bu enerji əməkdaşlığının daha da dərinləşdirilməsini hədəfləyir. Regionun digər önəmli istiqaməti nəqliyyat dəhlizləridir. Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çindən Avropaya ən qısa və etibarlı yollarından biridir. Avropa İttifaqı bu marşrutun inkişafında maraqlıdır, çünki Orta Dəhliz həm Rusiyadan, həm də İran üzərindən keçən alternativ yollarla müqayisədə daha təhlükəsiz və siyasi cəhətdən az risklidir. “Global Gateway” təşəbbüsü ilə Avropa İttifaqı bu dəhlizin infrastrukturuna investisiya yatırmaq, dəmir yollarını, limanları və logistika mərkəzlərini modernləşdirmək niyyətindədir. Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsü, Gürcüstan limanlarının modernləşdirilməsi və Qazaxıstanla Türkmənistanın dəmir yolu şəbəkələrinin gücləndirilməsi bu prosesin yeni tərkib hissəsi ola bilər. Beləliklə, region həm Avropa, həm də Asiya üçün əsas tranzit körpüsü statusunu daha da gücləndirəcək. Bu mənada Azərbaycanın, Türkmənistanın və Özbəkistanın nəqliyyat, logistika infrastrukturunu inkişaf etdirmək üçün yeni regional ittifaq yaratmaq məqsədilə güclərini birləşdirməsi Avropa İttifaqının “Global Gateway” təşəbbüsü üçün də müstəsna önəmə malikdir. Türk ölkələrinin bu addımı təkcə regional inteqrasiya ilə bağlı deyil, həm də Avropanın Mərkəzi Asiya və Əfqanıstanın xammallarına çıxışı nəzərdə tutan strateji “Global Gateway” təşəbbüsünə uyğundur.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ