Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Rusiya Azərbaycan-Ermənistan enerji sistemlərinin inteqrasiyasına mane ola bilər...

Image


Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxal və ixracını asanlaşdırmaq məqsədilə enerji sistemlərinin inteqrasiyası təşəbbüsü zahirən texniki əməkdaşlıq kimi təqdim olunsa da, mahiyyət etibarilə daha geniş siyasi və geosiyasi kontekstə malikdir. Bu proses həm regional balanslara, həm də böyük güclərin maraqlarına toxunduğu üçün sadə texniki qərarlarla məhdudlaşmır.

Ermənistanın enerji və nəqliyyat infrastrukturu uzun illərdir Rusiyanın nəzarəti altındadır. Elektrik paylayıcı şəbəkələr, əsas istehsal gücləri və Metsamor Atom Elektrik Stansiyasının istismarı Rusiya ilə sıx əlaqəlidir. Dəmir yolları isə Rusiya Dəmir Yollarının uzunmüddətli konsessiyası çərçivəsində idarə olunur. Bu reallıq Ermənistanın enerji tranziti, tarif siyasəti və texniki qərarlar sahəsində tam müstəqil davranmasını çətinləşdirir. Ona görə də Ermənistan hakimiyyəti artıq elektrik şəbəkələrinin Rusiyanın nəzarətindən çıxarılması istiqamətində müəyyən addımlar atmağa başlayıb. Belə ki, həbsdə olan Rusiya yönümlü sahibkar Samvel Karapetyana məxsus elektrik şəbəkələri başqa sahibkarların rəhbərliyi ilə yenidən qurulmaqdadır.

Lakin hələ də Ermənistanın Azərbaycanla enerji sistemlərinin birləşdirilməsi zamanı Rusiya təsirində olan operatorların texniki, hüquqi və ya inzibati vasitələrlə prosesi ləngitməsi ehtimalı qalır.

Eyni zamanda, enerji sistemlərinin inteqrasiyası Rusiyanın Cənubi Qafqazda illərdir formalaşdırdığı təsir mexanizmlərini zəiflədə bilər. Bu, Moskva üçün təkcə iqtisadi deyil, həm də siyasi itki kimi qiymətləndirilir. ABŞ-ın təşəbbüsü və dəstəyi ilə gündəmə gələn TRIPP layihəsi Rusiyanın regiondakı rolunu arxa plana keçirir və Ermənistanın Qərb strukturlarına yaxınlaşmasını sürətləndirir. Bu isə Rusiyanın prosesə açıq və ya dolayı təzyiqlərlə reaksiya verməsi riskini artırır.

Digər tərəfdən, TRIPP çərçivəsində nəzərdə tutulan yeni infrastruktur xətləri Ermənistanın mövcud, Rusiya nəzarətində olan sistemlərindən qismən yan keçmək imkanı yaradır. ABŞ şirkətinin uzunmüddətli iştirakı layihəyə hüquqi və maliyyə təminatı verir və Rusiyanın birbaşa müdaxilə imkanlarını müəyyən qədər məhdudlaşdırır. Ermənistan hakimiyyəti də bu modeli Moskvanın təsirini azaltmaq üçün alət kimi görür. Bununla belə, ölkədaxili siyasi proseslər, seçkilər, konstitusiya dəyişiklikləri və sülh sazişinin hələ imzalanmaması inteqrasiya prosesini həssas və qeyri-müəyyən saxlayır.

Azərbaycan isə bu riskləri nəzərə alaraq daha ehtiyatlı və balanslaşdırılmış strategiya yürüdür. Bakı Ermənistanla enerji əməkdaşlığını strateji asılılıq kimi deyil, çevik alət kimi dəyərləndirir. Enerji və nəqliyyat inteqrasiyası yekun sülh sazişi ilə tam bağlanmır. Bu, Azərbaycana risk yarandığı halda prosesi dondurmaq və ya məhdudlaşdırmaq imkanı verir. Paralel olaraq, Gürcüstan və Türkiyə üzərindən mövcud enerji və tranzit marşrutları saxlanılır və gücləndirilir. Ermənistan istiqaməti isə əsas deyil, alternativ və əlavə marşrut kimi nəzərdən keçirilir.

Azərbaycan beynəlxalq aktorlar arasında da balans siyasəti aparır. ABŞ və Qərb institutlarının prosesdə iştirakına açıq yanaşılır, lakin Rusiya ilə açıq qarşıdurmadan qaçılır. Bu yanaşma Moskvanın sərt reaksiyalarını minimuma endirməyə hesablanıb. Texniki baxımdan da inteqrasiya mərhələli şəkildə, kiçik həcmli mübadilələr və sınaq mexanizmləri ilə reallaşdırıla bilər ki, bu da potensial problemləri əvvəlcədən müəyyən etməyə imkan verir.

Naxçıvan faktoru Azərbaycanın yanaşmasında xüsusi yer tutur. Ermənistan üzərindən keçən hər bir enerji və nəqliyyat layihəsi ilk növbədə Naxçıvanın enerji təhlükəsizliyinə xidmət etməlidir. Bu istiqamətdə risklər artacağı təqdirdə, Azərbaycan İran üzərindən alternativ xətləri saxlamaq və genişləndirmək imkanına malikdir.

Beləliklə, Rusiyanın Ermənistanın enerji və dəmir yolu şəbəkələrindəki dominant mövqeyi Azərbaycanla enerji sistemlərinin birləşdirilməsi zamanı real problemlər yarada bilər. Lakin TRIPP layihəsi, ABŞ faktoru, Ermənistanın bu asılılıqdan çıxnaq cəhdləri və Azərbaycanın çoxşaxəli enerji siyasəti bu riskləri balanslaşdırmağa yönəlib. Proses sürətli deyil, ehtiyatlı və mərhələli şəkildə inkişaf edə bilər və onun əsas mahiyyəti regional əməkdaşlıqla yanaşı, Cənubi Qafqazda mövcud güc balansının tədricən dəyişməsidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ